İş görüşməsinə gedərkən hansı rəngdə geyinməli?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1874
Paylaş:
Səs ver:
(səs: 4)
İş görüşməsinə gedərkən yanınızda hansı sənədləri aparacağınızı dəqiq bilirsiniz. Hətta bir az araşdırdıqdan sonra şıq kostyum və ya sadə, klassik kəsimli don geyinməli olduğunuza da qərar vermisiniz. Ancaq unutmayın ki, iş görüşməsi zamanı geyindiyiniz libas qədər, onun rəngi də önəmlidir.

Ən yaxşı seçim göydür
Tünd göy rəngdə, sadə paltarla iş görüşməsinə getməyinizi tövsiyə edirik. Çünki bu rəng qarşıdakı insana güvən verir. Yəni üzərində göy rəngi görən işəgötürən avtomatik olaraq sizə inanmalı olduğunu düşünür.

 


Qəhvəyi rəng
Qəhvəyi rəng də iş görüşməsi üçün uyğundur. Ancaq bu rəngin bir mənfi tərəfi var ki, sizi olduğunuzdan yaşlı və zövqsüz göstərə bilər. Ona görə də qəhvəyi rəng geyinməyə qərar vermisinizsə, ən müasir kəsimli modelləri seçin və dəbli aksessuarlarla stilinizi tamamlayın.

 


Qara
Əgər yuxarı mövqelər üçün iş görüşməsinə gedirsinizsə, qara ən doğru rəng seçimi olacaq. Ancaq assistentlik kimi daha aşağı mövqelərdəki vəzifələr üçün qara geyinməyə ehtiyac yoxdur. Həmçinin qara geyinərkən ayaqqabı ilə paltarınızın qaranın eyni çalarında olmasına diqqət edin. Biri açıq, digəri daha tünd tonda olduqda ortaya xoş olmayan görüntü çıxa bilər.

 


Qırmızı
İş görüşməsinə gedərkən qırmızı rəngdə geyinmək hər qadının cəsarət edəcəyi iş deyil. Ancaq satış meneceri kimi vəzifələr üçün bu rəng uyğundur. Nə qədər aktiv və enerjili olduğunuzu göstərmək istəyirsinizsə, qırmızı rəngi seçə bilərsiniz.


loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 1874
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv