Kimə hansı rəng yaraşır?!

Müəllif: Nazlı_qız
Şərhlər: 28
Baxılıb: 6754
Bölmə: Moda » Geyimlər
Paylaş:
Səs ver:
(səs: 4)
Adətən öz xarici görünüşünə ciddi yanaşan qadınlar geyinərkən hər gün özlərini "Bu gün nə geyinim?” sualı ilə yorurlar. Çox vaxt da dəb dalınca qaçaraq, özlərinə yaraşan rəngləri seçməyi unudurlar. Stilistlərin fikrincə, yaraşan rəngləri seçə bilmək üçün ilk növbədə dərinin, saçın, gözlərin rəngini müəyyənləşdirmək lazımdır.

Qış rəngləri
Əgər saçlarınız tünd kül və ya qara (tünd şabalıdı), gözləriniz qara, yaşıl, göy, tünd qəhvəyi, dəriniz isə ağ və ya zeytun rəngindədirsə, siz qış rəngləri tipinə aidsiziniz.
Yaraşan rənglər: Əsas rənglər - ağ və qara.
Gümüşü rəng
Dəmir rəngi
Limon rəngi
Qırmızı rəng
Parlaq çəhrayı rəng
Soyuq çalarlı tünd qəhvəyi rəng
Bənövşəyi rəng
Parlaq göy rəng
Zümrüd rəngi
Qaraya çalan yaşıl rəng

Yaraşmayan rənglər:
Pastel rənglər, boz, narıncı, qəhvəyinin isti çalarları, sarı-qırmızı, sarı-yaşıl rənglər.

Yaz rəngləri:
Yaz rəngləri tipinə aid olan xanımlar çox zərif və tərəvətli görünürlər.
Dəri: Açıq və ya şaftalı, fil sümüyü, çəhrayı çalarlı qızılı rəngdə olur. Dəri günün altında tez qaralır.
Saç: Açıq qəhvəyi və ya təbii sarı olur. Yaz rəngləri tipinə aid olan xanımlarda açıq kürən, açıq xurmayı və qızılı rənglərdə də saçlara rast gəlinir. Adətən saçlarında açıq qəhvəyi çalarlar da diqqəti çəkir. Yaşlandıqca saçın rəngi tündləşsə də, saçlardakı qızılı parıltı itmir.
Gözlər: Firuzə, dəniz rəngi, göy, mavi, yaşıl kəhrəba rəngində olur. Nadir hallarda qızılıqəhvəyi
rəngli gözlərə də rast gəlinir. Belə qadınların gözlərinin rəngi çox tünd olmur.
Yaraşan rənglər: Əsas rəng – parlaq narıncı. Bej rəngi
İsti sarı rəng (limon rəngi yaraşmır)
Şampan rəngi
Narıncı rəngə çalan sarı
Parlaq narıncı rəng
Açıq qəhvəyi rəng
Kərpic rəngi
Tomat rəngi
Qızılı qəhvəyi rəng
Çəhrayı rəng
Qızılı yaşıl rəng
Firuzə rəngi

Yaraşmayan rənglər: Qara, bozun bütün soyuq çalarları, ağ, purpur-çəhrayı, tünd göy.

Yay rəngləri:
 Bu tipə soyuq rənglər xasdır.
Dəri: Açıq, çəhrayı çalarlı rənglərdə olur. Dəri o qədər şəffaf olur ki, altında damarlar görsənir. Dəri torpaq çalarlı da ola bilər. Bu tip qadınlarda çillər də olur. Dəri günün altında qaralır, hətta yandığı üçün qızarır da.
Saçlar: Açıq sarıdan tutmuş tünd xurmayı rəngə qədər tonlarda olur. Rənglərdə soyuq kül çaları nəzərə çarpır. Günün altında belə saçlar yandıqdan sonra bir qədər kürən rəng alırlar.
Gözlər: Yaşıl, mavi, boz, göy və ya qəhvəyidir.
Yaraşan rənglər: Əsas rənglər – boza çalan mavi, göy. Yumşaq pastel tonlar
Səma rəngi
Çəhrayı rəng
Boza çalan qəhvəyinin bütün çalarları
Çəhrayıya çalan qəhvəyi rəng
Tünd qırmızı rəng
Bozun bütün çalarları
Parlaq olmayan soyuq rənglər
Yaraşmayan rənglər: Qara, təmiz ağ, çox parlaq rənglər, narıncı, parlaq qırmızı, yaşıl alma rəngi.

Payız rəngləri:
Dərisi: Açıq və solğun olur. Müxtəlif çalarlarda – fil sümüyü, şaftalı, bej-qızılı, tunc, zeytun çalarlarda olur. Dərinin üstündə çillər və xallar da görünür. Dərisi günün altında tez yanır və qızarır. Payız rəngləri tipinə aid olan qadınlar yaz rəngləri tipinə bənzəyir. Lakin belə qadınların yanaqlarında qızartı olmur və dərisi günün altında pis qaralır. Sadəcə uzun müddət günün altında qalanda dəri yanaraq qızarır.
Saçları:
Kürən saçlı və dərisi çilli olan qadınlar payız tipinə daxildir. Saçları qızılıqəhvəyi, bal rəngində də olur.
Gözləri: Qəhvəyi, mavi, firuzə rənglərindədir.
Yaraşan rənglər: Əsas rənglər - tünd qəhvəyi və ya tünd yaşıl.
Fil sümüyü rəngi
Qızılı bej rəngi
Tünd sarı rəng
Tutqun narıncı rəng
Qızılı qəhvəyi rəngin bütün çalarları
Bal rəngi
Pas rəngi
Yaşıl rəng
Göyə çalan yaşıl rəng
Qaraya çalan göy rəng
Başqa parlaq olmayan isti rənglər
Yaraşmayan rənglər: Qara, ağ, boz, sarı, göy, soyuq çəhrayı, parlaq narıncı rənglər.

Bütün rəngləri üç yerə bölmək olar: isti, soyuq və neytral rənglər.

İsti rənglər:
İsti rənglərə qırmızı, sarı, narıncı rənglər aiddir. Bu rəngləri geyinən adamın əhvalı qalxır. O, daha şən olur və pozitiv düşünür. Misal üçün, sarı rəng depressiyadan çıxmağa kömək edir. Bu rəng bənövşəyi rəngdə olan geyimlərlə yaxşı görsənir. Narıncı rəngi isə qara və göy rənglərlə uyğunlaşdırmaq olar. Narıncı rəngin qırmızı ilə uyğunlaşdırılması isə bu il dəbdədir. Qırmızı rəng qadını çox cazibədar göstərdiyi üçün fərqlənir. Bu səbəbdən də qırmızıdan ziyafət üçün nəzərdə tutulan geyimlərdə istifadə etmək yerinə düşər. Sarı və qırmızı rəngləri uyğunlaşdırarkən yaşıl rəngin istifadəsi məsləhət deyil. Belə ki, bu zaman geyim işıqforu xatırlada bilər.

Soyuq Rənglər:
Soyuq rənglərə isə yaşıl, göy və bənövşəyi rənglər daxildir. Yaşıl rəngi adətən məqsədyönlü və emosional adamlar seçirlər. Bu rəng sakitləşdirici xüsusiyyəti ilə fərqlənir. Dizaynerlər yaşıl rəngdə geyim geyinərkən ağ və bej rənglərdən də istifadə etməyi məsləhət görürlər. Zümrüd rəngi isə sarı həndəsi fiqurlarla çox gözəl görsənir.
Göy rəngi hökümlü adamlar sevir. Bu rəngdə olan kostyumlar işgüzar görüşlər üçün ideal sayılır. Lakin bu rəngin qara və boz çalarlarla Uyğunlaşdırılması darıxdırcı obraz yarada bilər.
Bənövşəyi rəngi isə diqqət mərkəzində olmağı sevənlər seçir. Bu rəng isti rənglərlə daha yaxşı görünür. Bənövşəyi rəngdə paltar geyinərkən parıltılı aksesuarlardan da istifadə etmək olar.

Ağ, çəhrayı, narıncı rənglər də bənövşəyi rəngə yaraşır.

Neytral rənglər:
Qara, boz, ağ, qəhvəyi və zəif nəzərə çarpan başqa çalarlar neytral rənglər sayırlır.
Qəhvəyi və boz rənglərdə olan geyim çox darıxdırcı görünür. Geyimdə belə rəngləri uyğunlaşdıran adamlar diqqət çəkməyi sevmir. Başqalarından təcrid olunmaq istəyən bu adamlar pis əhval-ruhiyyədən əziyyət çəkirlər. Lakin bu rənglərin isti rənglərlə uyğunlaşdırılması əks nəticə verir. Geyim çox zövqlü və çəkici görünür.
Qara rəng sahibinin özünə qapanmasından xəbər verir. Düzdür, qara rəng ziyafət geyimləri üçün idealdır. Lakin gündəlik həyatda bu rəngdə olan geyimlərdən istifadə edərkən parlaq, əlvan rənglərlə uyğunlaşdırılması məsləhət olunur. Qeyd edək ki, bu il ağ və qara bir çox dizaynerlərin kolleksiyalarında yer alıb.
Ağ rəng isə açıq mavi ilə çox yaraşacaq. Bu rənglərdən istifadə edən xanım çox zərif görünəcək.

Rəng seçimində buraxılan səhvlər:
●Geyimdə üçdən artıq rəng və çalarlar olmamalıdır.
● Qara və ağ rəngdən istifadə etməyi unutmayın. Bu rənglərin uyğunluğu əksər xanımlara yaraşır. Ağ köynək və qara dar ətək xanımı çox yaraşıqlı, kübar, işgüzar, eyni zamanda da zövqlü göstərəcək. Diqqət mərkəzində olmaq istəyirsinizsə, bu dəstə əlvan rənglərdə olan şərf və dikdaban ayaqqabı seçə bilərsiniz.
●Geyimdə bir rəng o birilərinə nisbətən üstünlük təşkil etməlidir.
●Pastel tonları bir-biri ilə uyğunlaşdırın. Nəticədə çox zövqlü görsənəcəksiniz.
●Aşağıdakı rənglər yuxarıya nisbətən tünd olmalıdır. Lakin bu qayda ağ rəngdə olan geyimlərə şamil olunmur.
●Geyimdə ya bir-birindən kəskin fərqlənən, ya da uyğun gələn rəngləri kombinə edin. Ən əsası rənglərin harmoniyasını nəzərə alaraq, zövqünüzə oxşayan rənglərdən istifadə etməyə çalışın.

loading...
(səs: 4)
Şərhlər: 28
Baxılıb: 6754
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ulduz
Bana her sey yakisir
18 aprel 2016 22:11
28
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
tenha cicek
yaz rengleri mene uygun geleir cehrayini sevirem ve mene cox yarasir.tesekkurler
18 aprel 2016 22:05
27
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Offline
vipbetul
fesile gore reng secmirem
14 mart 2015 17:30
26
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Сладкий Ангел
ferqi yoxdur hansi yarawirsa
13 yanvar 2015 19:04
25
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
leyla_258
ferqi yoxdu,ne reng olursa olsun...
13 yanvar 2015 19:03
24
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
sia
qirmizi yawil sari goy qara cehrayi coxdu mene yarawanii
13 yanvar 2015 13:53
23
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Offline
talis balasi
Xosuma gelen rengleri geyinirem
13 yanvar 2015 09:29
22
Offline
ŞehZam
Qirmizi ag-qara favori renglerimdi)) Yawili da sevirem ey))
13 yanvar 2015 02:11
21
Offline
pozitiv
Duz yazilib
13 yanvar 2015 01:45
20
Saxta insanlara konlunu versen,orjinal acilar yasayarsan...
Online
aziz a
En cox beyendiyim reng qara rengdi
13 yanvar 2015 00:08
19
Böyük Rebbim sen özün kömek ol hamıya....
Offline
Anuka
Butun renglerin ozune gore gozelliyi her bir rengi geyine bilerem cun ki yarawarda)))Allaha wukur verdiylerine min wukur
12 yanvar 2015 23:54
18
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
Offline
Qlamurr
Təvazökarlıqdan uzaq olsada çox bəyaz olduğum üçün bütün tünd,açıq rənglərin hamısı yaraşır....
12 yanvar 2015 21:28
17
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Şəbnəm Vüsal
mən en cox qırmızı rəngi sevirəm.həm də mənə cox yaraşır.
12 yanvar 2015 21:02
16
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
emis
mene en cox qara reng yarasir, birde qirmizi reng ama men hemise qara geynirem Felaket demisken mene col de birdi bayirda 122
12 yanvar 2015 20:29
15
Offline
uliçka
Hər bir rəng yaraşır mənə
12 yanvar 2015 19:53
14
Həyat kino kimidir,ən marağlı anında bitir
Offline
My sun
Reng esas deyilki esas geyimin insana yaraşmasıdı.
12 yanvar 2015 19:50
13
Bağışla gözlərim,mən sevdim sən ağladın.
Offline
GULTEKIN MEMMEDOVA
Mene qirmizi, sarı, yawil rengler yarawir
12 yanvar 2015 19:35
12
111222
Offline
ece uslu
qaradan cox istifade edirem
12 yanvar 2015 19:34
11
Offline
sona
Mene en co rozuvu qirmizi mavi yarawir
12 yanvar 2015 18:51
10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Tomris Müslümova
mene ne yarasir onuda geyinirem favory rengim qaradi
12 yanvar 2015 18:36
9

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook