Coco Chaneldən məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 650
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 7)
Coco Chanel moda dünyasının ikonalarındandır. Bütün həyatı və yaradıcılığı boyu qadınlar və onların gözəl görünmələri üçün yaşayıb yaradan insanın özünün qadınlara bir neçə mühüm tövsiyələri olmuşdur ki, fikrimizcə hər bir qadın bunlara əməl etsə öz görünüşündə daha çox şeyə nail ola bilər: "Dəbdəbə və təmtərağın özündə bir rahatlıq olmalıdı, əks halda bu lüks hesab oluna bilməz”. Chanel-in həm gündəlik, həm də gecə paltarları hərəkətə əngəl olmaması üçün rahat tikilmişdir. Alcaq dabanlı ayaqqabılar, pencəyin altından geyinməyə qolsuz köynəklər, uzun bağlı çantalar – bütün bunlar qadınların rahatlığını təmin etmək üçündür. Coco Chanel heç vaxt paltarları moda üçün yaratmamışdır, onun üçün müştərilərinin rahatlığı həmişə hər şeydən üstün olmuşdur.

"Şalvar qadınlara sərbəstlik verir”. Coco Chanel qadınların korset və uzun yubkaları geyinərək özlərinə əziyyət vərməyə üstünlük verdiyi bir dövrdə ilk qadın olub ki, qadın şalvarlarını dizayn edib və geyinib. Coco-nun cəsarəti bir çox tənqidlərə məruz qalsa da günbəgün şalvar geyinən qadınların sayı artmağa başlayırdı. Nə qədər qəribə görünsə də biz belə rahat hərəkətlər edə bildiyimizə və otura bildiyimizə görə Coco Chanelə minnətdar olmalıyıq. Coco gün ərzində qısa şalvarlarla bahalı klassik sviterlər geyinirdi. Ziyafətlər üçün isə Marlene Dietrich tərəfindən daha da məşhurlaşdırılan geniş şalvarlar yaratmışdı.

"Mükəmməl ətək (yubka) dizləri örtməlidi”. Coco xanım elə düşünürdü ki, qadın dizləri çirkindi, ona görə də, onları paltar altında gizlətmək lazımdı. Coco iş xanımları üçün bir neçə ətək dizayn etmişdi. Onlar düz, dar və təsəvvür ediləməyəcək dərəcədə eleqant görünüşə malik idilər.

"Balaca qara baltarlara pərəstiş edin”. Coco Chanel 1926 –ci ildə yeni dizayn etdiyi qısa qara donları ictimaiyyətə təqdim etdi və bununla da dünyadakı bütün qadınlara böyük hədiyyə etmiş oldu. O, həm ziyafətlərdə, həm gündəlik geyinilə bilən və müxtəlif aksessuarlarla öz görünüşünü dəyişən libas hazırlamaq istədi. Əgər Coconun bu dizaynina qədər qara rəng yas rəngi sayılırdısa, ondan sonra bur rəng klassika və dəbdəbəli görünüşün rəngi olmağa başladı. Coco qadinlara öz eleqant modelini teklif etdi və onlar bunu böyük məmnuniyyətlə qəbul etdilər.

"Mükəmməl kostyum özündə həm qadın, həm də kişi əlamətlərini cəmləşdirməlidir.”1920 –ci illərin əvvəllərində qısa saçlı oğlan görünüşü, oğlan silueti və gözlərdə azacıq parıltı çox məşhurlaşdı. Coco Chanel həm də sevgilisinin paltarlarını götürüb onları çox asanlıqla öz bədən quruluşuna uyğunlaşıdırırdı.

"Jaketlər yumşaq materialdan olmalıdır”. 1925 ci ilde Coco özünün yumşaq, qadının əyninə tam outran və onun hərəkətlərinə mane olmayan ilk jaketini hazırladı. Bu jaket tarixində bir yenilik oldu, çünki həmin dövrdə qadınların jaketleri kobud materiladan hazırlanırdı və onların hərəkətlərinə mane olurdu. Chanel qadınlara ipəkdən hazırlanmış, geniş qolları, dar qol ucları olan jaketleri təklif etmişdi. Bu jaketlər qadın gözəlliyinin ortaya çıxmasına köməklik edir.

"Nə qədər çox aksessuardan istifadə etsəniz bir o qədər yaxşı olar”. Coco Chanel aksessuarları sevirdi və onlardan çox istifadə edirdi. O bijuteriyanı ahalı zinət əşyası ilə uyğunlaşdırmağı bacarırdı. Coconu çətin ki, kimsə mirvari boyunbağı, zümrüd və yarıqiymətli daşlar, miniatür yaxa sancağı, beret və ya qaşlarına qədər qoyduğu şlyapasız nə vaxtsa görüb.

"Dəbli ayaqqabılar 2 rəngdə ola bilər”. Chanel ağ və qara rənglərin ahəngini çox sevirdi, ona görə də onun bu rəngdə olan sandalları heç kimi təəccübləndirmədi. Coco düşünürdü ki , bu cür ayaqqabılar qadınları daha cəlbedici, ayaqlarını isə balaca göstərir.

"Ən yaxşı çantalar çiyindən asılan çantalardır.” Çünki bu zaman əllər sərbəst olur. Qara zolaqlı, zəncir qulplu balaca çantaları Chanel iş xanımı görünüşünü tamamlamaq üçün yaratmışdı. Bu gün də bu cür çantalar ən klassik və dəbli çantalar hesab olunur

"Qadın üçün ətir ən az geyimi qədər önəmlidir”. "Ətirdən istifadə etməyən xanımın gələcəyi yoxdur.” – Coconun bu sözləri hər zamana uyğun deyilmiş sözlərdir. O, həmçinin deyirdi ki, "Qadın öpülmək istədiyi hər bir yerinə ətir vurmalıdır”. 1922 ci ildə Chanel qadınları və kişiləri başdan çıxaracaq bir ətir yaratdı. Coco hər zaman öz prinsiplərinə sadiq qaldı və öz yaratdığı ətirlər üçün kvadrat formal qablaşdırma dizaynını verdi.
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 4 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri