Maykl Ceksonun modaya verdiyi töhfələr

Müəllif: tek umidim sen
Şərhlər: 20
Baxılıb: 1121
Paylaş:
Səs ver:
(səs: 2)
Uğurlu karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı ilə Maykl 40 il pop mədəniyyətinin bir hissəsi olub. Bu illər ərzində onun geyimləri və xüsusi olaraq hazırlanan səhnə kostyumları da diqqətdən kənar qalmayıb. Pop-kralı hələ sağlığında moda dünyasına stil diktə edən və ölümündən sonra belə ona böyük təsir göstərən musiqiçi olub.

Ceksonu 40-cı illərin Hollivud stili ilə yanaşı, müxtəlif ölkələrin mədəniyyəti və tarixi ilhamlandırırdı. Onun qarderobunun ayrılmaz hissəsini militari stilində pencək və jaketlər, ağ köynəklər, klassik və ya boş biçimli ağ və qara şalvarlar təşkil edirdi. O, tez-tez dəri gödəkcələr, bleyzerlər, yaxası mərkəzdən açıq olan ağ futbolkalar geyinirdi. Maykl Ceksonun kostyumerləri və dizaynerləri onun geyimlərini naxışlar, lələklər və metal elementlərlə bəzəyirdilər. Səhnə kostyumları isə pop-kralın xoreoqrafiyasını ideal şəkildə vurğulamalı idi. Maraqlıdır ki, konsert ərzində ifaçı 2,5 kq-a qədər çəki itirirdi. Bu səbəbdən dərzilər onun geyimlərini hər növbəti dəstin ölçüsünün əvvəlkindən kiçik olması qaydası ilə tikirdilər. Geyimdə onun sevimli rəngləri qara, ağ, qırmızı, qızılı, göy və sarı çalarlar idi.

Karyerası ərzində Maykl Cekson ancaq «Florsheim» markasının ayaqqabılarını geyinib. Dizaynerlər onun ayaqqabılarını strazlar, rubinlər və metalla bəzəyirdilər. Maykl dəbə həm də ağ corabları gətirib. Bu aksesuar onun qarderobunda 70-ci illərin sonunda peyda olub. Müğənninin bu rəngi seçməsinə səbəb heç kimim qara ayaqqabı və şalvarlarla ağ corablar geyinməməsi, həm də onların rəqs zamanı işığı tutması və hərəkətləri vurğulaması idi. 80-ci illərdə Ceksonun kostyumerləri sadə idman corablarını ortadan kəsərək, parçaya Swarovski strazları və ya rubinlər tikirdilər. Bəzən bir cüt corabın çəkisi bir kiloqrama yaxın ola bilərdi.

Maykl Ceksonun obrazının digər bir hissəsini Ray-Ban eynək-aviatorlar, fedor-şlyapalar, böyük metal kəmərlər və bilərziklər təşkil edib. Stil ikonasının qarderobunun vacib detalı bir ələ geyindiyi əlcəklər idi. Əksər hallarda, Maykl Cekson Swarovski kristalları ilə bəzədilmiş ağ rəngli əlcəkdə görünürdü.

1982-ci ildə «Beat It» mahnısına çəkilən videoklipdə Cekson parlaq qırmızı dekorativ zəncirbəndli dəri gödəkcədə göründü və bu geyim bütöv bir onilliyin stilini müəyyən etdi. Beləliklə də, 80-ci illərdə gənclərin qarderobuna dəri, ipək, lyurekslə parlaq idman gödəkcələri daxil oldu.
Militari stilindən sonra Cekson «Smooth Criminal» musiqili videosunda ağ eleqant kostyumda və 20-ci illərin qanqster stilini xatırladan böyük fedor-şlyapada göründü. «MTV Video Music Awards»-ın növbəti təqdimat mərasimində isə o nazik qalstuklu klassik qara kostyumda göründü.

İfaçının stilisti Maykl Buş Ceksonla pop-ulduzun həyatının sonun gününə qədər çalışıb. Maykl Cekson stilinin elementləri qarderobumuzu bir mövsüm olsa belə, tərk etmir. Məsələn, Beyons, Rihanna, Viktoriya Bekhem kimi ulduzlar, o cümlədən, Balmain dizaynerləri, yüzlərlə digər moda insayderləri və sadəcə moda həvəskarlarının hesabına bu stil hələ də aktualdır.

loading...
(səs: 2)
Şərhlər: 20
Baxılıb: 1121
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Meleknur
Bir ara bunun yaman fanati olmuwdum star albomun Samaradan aldirtmiwdim 23
16 avqust 2015 20:25
20
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
MODABAZ
Xosum gelirfii en coox sapkalarina bayiıiram
16 avqust 2015 20:17
19
Heyata daim gulmek lazimdii
Offline
Aydan Habili
He indi dəbdədi onun tərzli pencəyleri və ayaqqabılari
24 aprel 2015 23:57
18
Offline
aytil
men de onun stilini beyenirdim
21 aprel 2015 08:22
17
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Offline
Luna-90
Cox maraqlidi mayklin heyatini oxudum o gun o daha maraqlidi
20 aprel 2015 21:30
16
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Meleknur
Mahnilari ve reqsilerin beyenirem Allah rehmet elesin olmeden evvel.muselman olmuwdu
20 aprel 2015 19:31
15
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
Catwoman666
muzikalarini reqslerini stilini ve s. sevirem amma uzunden qorxuram))skelete falan oxsuyureee qorxulu gorunur daha dogrusu ecayibdi intihar
20 aprel 2015 18:04
14
Viking
Offline
vipbetul
stiliyle rekssleriyle oxuduqu mahnilariyla hereketleriyle her zaman her vaxtda oz papulyarliqini saxliyagey,oz ozune etdi ne etdiyse olumunu tezleshdirdi
20 aprel 2015 15:34
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Qlamurr
Öz janrında özünəməxsus səsi və stili ilə nəinki yaşıyarkən,hətta ölümündən sonrada iz qoyan şəxslərdən biridir))Allah rəhmət eləsin....
20 aprel 2015 15:24
12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
aliceWOnDer
heyif cox heyif cox gozel sesi var idi
20 aprel 2015 13:19
11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
WiRiN BaLaM
Allah rehmet etsin,,beyenmirem
20 aprel 2015 13:11
10
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
lelos
ölüb Allah rehmet elesin amma hec beyenmirdim
20 aprel 2015 13:06
9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Tomris Müslümova
allah rehmet elesin ama onun tohvelerinin mene adiyyati yoxdu cunki beyenmirem stilini
20 aprel 2015 12:19
8

Sən sadəcə mənimsən...!
Offline
FISTIK
Sltili ile secilmeyin hamiya melumdu. Mende stilin beyenirdim ve bezi seyleri istifade etmisem. Stili haqda getidiyi tofsiyelerden xeberim yox idi mesele ag corabi bilmirdim. twk maraqli xeber idi
20 aprel 2015 11:39
7
Offline
Fialka
Pop janrında öz adını qızıl hərflərlə yazan sənətçilərdən olub və oxu tərzi, stiliylə hər kəsdən fərqlənib hətta ölümündən sonrada, Allah rəhmət eləsin.
20 aprel 2015 11:09
6
Offline
Nur k-off
Maykl in ayaqqabi stilinden cox istifade edirem Allah rehmet etsin
20 aprel 2015 10:32
5
SVETA
Online
BARBI
Maykilin cox debli geyim stili variydi. Bezilerinnen yararlaniram .
20 aprel 2015 09:17
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
rəmsə
Hər şeyi anladımda bu corabları niyə bu qədər svarovski ilə bəzəyib 1 kq ağırlığında eləyirdilər onu anlamadım.26Elcəyi barəsində isə eşitmişdim,hətta onu eşitmişdimki,o öldükdən sonra əlcəyi satışa çıxartmışdılar.İki tayı da olsa yenə yaxşıdı,tək tay əkcəyi neynirlər mən bilmirəm122
20 aprel 2015 08:11
3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
emis
Allah rehmet elesin. Verdiyi tövsiyələrə görədə sağolsun onun kimi geyinənlər faydalana bilərlər bu tövsiyələrdən Təşəkkür)
20 aprel 2015 08:06
2
Offline
Nezka
Çoox sevirdim Mayklı Allah rəhmət elləsin
20 aprel 2015 07:35
1
İçimi görsən mənə aptek alarsan.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv