Dəbli və dəbdə olanı geyinmək üçün nə etmək lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 791
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 3)
Hər bir xanım zərif və dəbli görsənmək üçün, gözəl və orijinal geyimləri seçməyi arzu edir. Dəbdə olan geyimləri seçmək bir o qədərdə çətin deyil. Bunun üçün dəbdə olan yenilikləri izləmək, öz stilini tapmaq kifayətdir.
 
Addım 1. Trend Trenddə olmaq üçün həmişə dünyada baş verən bütün dəb yenilikləri haqqında bilmək lazımdır. Bunun üçün dəbdə olan jurnalların səhifələrini vərəqləmək, dəb dünyasından xəbərləri izləmək, peşəkar stilistlərin məsləhətlərinə qulaq asmaq kifayət edər. Dəbi kor-koranə izləməyin, özünüz üçün nəsə götürün. Siz öz xarici görünüşünüzün üstünlüklərini vurğulamağı öyrənməlisiniz. Belə ki, mini-yubkalar vasitəsi ilə siz uzun və gözəl qamətli ayaqlarınızın zərifliyini və ya sinə dekoltesi geyinərək sinənizi vurğulaya bilərsiniz. Bəzi dəbdə olan tendensiyalar podiumlarda gördüyümüz, gündəlik həyat üçün tamamilə yaramayan geyimlərdir. Ona görə bütün yenilikləri qəbul edin.
Addım 2. Öz stilimizi axtarırıq Təkrar edilməz olmaq üçün öz stilini tapmaq lazımdır. Axı dəb keçir, amma stil həmişə qalır (məşhur Koko Şanel belə deyirdi). Hər bir qız ilk öncə müəyyən etməlidir ki, onun üçün vacib nədir – rahatlıq, dress-kod və ya özünü ifadə etmək. İlk növbədə siz bilməlisiniz ki, hansı obraz sizə daha çox yaraşır- biznes-xanım, qayğısız gözəl qız və ya şən. Bu zaman sizin məşğuliyyət növünüzü və ya sizi əhatə edən cəmiyyəti unutmaq olmaz.
Addım 3. Qarderobu yeniləyirik Təzə geyim almazdan əvvəl, köhnə qarderobu gözdən keçirmək lazımdır. Bu zaman hər bir şeyə diqqətlə baxmaq əhəmiyyətlidir, axı bəzən belə yoxlama prosessində keçmişdən qalan maraqlı geyimləri tapmaq olur, hansılar ki, bu gün dəbdə olan hesab edilir. İstifadə etmədiyiniz geyimləri atmağa heyfiniz gəlməsin. Ümid etməyin ki, onlar sizə nə vaxtsa lazım ola bilər. Dəbli geyinməyi öyrənirik Dəbli geyinməyi bacarmaq heç də çox bahalı butiklərdən nəsə almağı bildirmir. Əgər siz bahalı dizayner geyimlərini ala bilmirsinizsə, onda bunu üçün məyus olmağa dəyməz. Bu gün analoji və ya oxşar şeyləri daha münasib qiymətə təklif edən bir çox mağaza mövcuddur. Dəbli və zərif qarderob –bu işin yarsıdır. Yalnız dəbdə olan geyimi seçmək kifayət deyil, həm də onda özünü təqdim edə bilməkdə əhəmiyyətlidir. Bu səbəbdən hər bir qız üçün bu sənəti öyrənmək vacibdir, buraya səliqəli saç düzümü, gözəl makiyaj və zərif manikürü etmək bacarığı aiddir. Dəbli və dəbdə olanı geyinməyi hər bir qız bacarır. Bunun üçün yalnız bir az boş vaxt, səbr və inad lazımdır. Axtarın, seçin və təcrübə etməyə qorxmayın. O zaman siz təkraredilməz obraz yarada biləcəksiniz hansı ki, sizin və sizin ətrafınızın xoşunuza gələcək.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 4 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri