Valentino moda evinin dizaynerləri Maria Grazia Chiuri və Pierpaolo Piccioli dəbi sevdikləri qədər incəsənəti də sevirlər. Onlar moda tənqidçisi və redaktoru Diana Vrilandın "Göz səyahət etməlidir" çağırışından ilhamlanaraq yeni Resort 2016 mövsümlərarası kolleksiyasını yaradıblar.
Etnik motivlər, çiçəklər və həndəsi rəsmlər, parçaların zənginliyi və təbiətin əlvan rəngləri kolleksiyanın geyimlərində tamamilə harmoniya təşkil edir.
Qadınlar.biz Valentino Resort 2016 mövsümlərarası kolleksiyanı təqdim edir.