Kejual üslub nədir və digərlərindən nə ilə fərqlənir?

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 4 130
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 4)
Son illər ərzində "casual” - kejual tərzi böyük şəhərlərin sakinləri arasında çox aktual olub. Bəs, kejual tərzi niyə bu qədər məşhurdur? O nədən ibarətdir? Və o, digər tərzdən  nə ilə seçilir?

"Casual”  - kejual üslubu ilk dəfə  XX əsrdə Avropada yaranıb. Bu söz öz mənşəyini ingilis dilindən alıb.  "Casual” dəb termini olub, ingilis dilindən gündəlik, lakin eleqant geyim mənasını verir. Kejual stilinin əsas xüsusiyyətləri rahat və istənilən məkana uyğunluq təşkil etməsidir. O, özündə idman və klassik elementləri birləşdirir. Kejual üslubu müxtəlif brendlərin və tərzlərin "təsadüfi" birləşmələri ilə səciyyələnir. Bu zaman əsasən cins, pambıq, kətan, yun, dəri, parçadan olan geyimlərdən istifadə olunur. Bu tərz təbii materiallardan olan bəzək əşyaları ilə tamamlanır.

Sadəlik və rahatlığına görə, kejual üslubunun özünün də bir neçə növləri var. Məsələn, street (küçə), smart və ya casual tərzi. Onlar da öz növbələrində bir-birindən xeyli fərqlənirlər.

Birincisi, dostlarla şəhər gəzintisi üçün nəzərdə tutulub.  Burada geyimlər maksimum rahat olmalı, lakin bir o qədər də eleqant görünməlidir.

İkincisi isə çox ciddi olmayan iş mühitləri və ya işgüzar görüşlər üçündür. Şalvar, köynək, jaket, ətək, kokteyl donları parlaq aksessuarlar və rahat ayaqqabılarla birləşdirdikdə  müasir işgüzar  tərz yaranmış olur. Əgər iş yerində ciddi dress-kod qaydaları yoxdursa, onda kejual üslub lap yerinə düşür. Bu tərzi dəb mütəxəssisləri də alqışlayır. Məsələn, pencəklə, düyməli köynək obraza ciddilik verir, cins şalvar isə bu ciddiliyi yumşaldır. Ona görə də əminliklə demək olar ki, smart kejual müasir kişi və müasir qadın qarderobunun əsasını təşkil edir.

Smart kejual klassik üslubdan bununla fərqlənir ki, burada ciddi kostyum, qalstuk, köynəklər və ya dikdaban ayaqqabı geyinmək məcburi deyil.

Smart kejual üslubunda qadınlara özlərini dikdaban ayaqqabılarla yormamaq  şansı verilir. Onlar dikdaban ayaqqabıları alçaq daban tuflilər, loaferlər, oksfordla əvəz edə bilərlər. Sreet kejualdan fərqli olaraq, smart kejual tərzində xanımlara mini yubka və donlar geyinməyə icazə verilmir. Həmçinin həm qadınlar, həm də kişilər üçün rəng sərhədləri mövcuddur.

Bu tərzdə rəng çalarları mühüm rol oynayır. Kişilər üşün  smart kejual tərzi sakit rəng palitrası, pastel rənglərlə səciyyəvidir. Amma aksessuarla parlaq rənglərdə ola bilər.

Lakin, qadınlar üçün rəng seçimi çoxçeşidlidir.  Smart kejualda bütövlükdə parlaq rənglərə icazə verilmir, lakin hər hansı parlaq aksessuar tamamilə yolveriləndir. Əsas odur ki, rənglər bir-biri ilə ahəngdar görünsün, dəsti korlamasınlar.

 

 

 

 

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 7
Baxılıb: 4 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri