Bu qış ən dəbli kürklər təbii rəngdə olanlardır

Müəllif: AZERI_GOZELI
Şərhlər: 2
Baxılıb: 5 612
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/2012-01-31/1328000184-731.jpg
məşhur dizaynerlər kürən, qəhvəyi rəng və çalarlarına, zoğal və albalının çalarlarına üstünlük veriblər. Dəbdə ən dəbli xəz mutondur 
Muton kürk həm soyuqdan, həm də yağışdan qoruyur. Bu materialdan olan modellər su samuru və şimal tülküsü xəzi ilə dekor olunur.
Uzun kürklər heç vaxt dəbdən düşmür.
Modelləri fərqli etmək üçün bu il dizaynerlər onlara əyri ciblər, iri başlıq əlavə ediblər. Heyvan printləri hələ yaydan dəbə gəlib. Bu moda soyuq mövsümə də keçib.
Pələng və ya bəbir printli qısa kürklər istənilən xanımı orijinal və dəbli göstərəcək. Klassik uzun modellərlə yanaşı, xəz gödəkcə və jiletlər dəbin zirvəsindədir. Orijinal dekorativ detallar, asimmetrik ciblər, dəri və xəz kəmərlər, iri düymələr- 2012-ci ilin dəbli tendensiyasıdır.
Şimal tülküsü xəzi bu il diqqətdən kənarda qalmayıb.
Onsuz qışı təsəvvür etmək mümkün deyil, yeni mövsümdə isə onun rəngi təbii, mirvari-boz, qara və ağdır.
İri yaxalıq və manjetli, düz biçimli uzun kürklər aktual olacaq. Kütlədən seçilmək və əhvalını yüksəltmək istəyənlər üçün dizaynerlər sürpriz hazırlayıblar. Kürkü açıq-yaşıl rəngə boyayıblar. Ən cəsarətli xanımlar məhz beləsini seçməklə diqqətdən kənarda qalmayacaqlar.
Yeni mövsüm kürk modasına bir yeniliyi də gətirib - müxtəlif növ kürklərin kombinə olunmasını.Praktiklik və komfortdan danışanda qunduz xəzini mütləq qeyd etmək lazımdır. Onun üstünlüyü yüngül və sadə olmasıdır.
Qunduz kürkünü daha eleqant və dəbdəbəli etmək üçün dizaynerlər ona su samuru xəzindən element vurmuş və müxtəlif rənglərə boyayıblar. Bu yolla münasib qiymətə çox dəbli kürk əldə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri