Oktyabr ayı üçün 10 fərqli romantik dəst

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 643
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 3)
Payız-qış mövsümünün məhsulları vitrinləri bəzədiyi bir vaxtda təklif olunan yüzlərlə geyim arasından ən çox bəyəndiyini seçib maraqlı ansambl yaratmaq yorucu işdir.

Xanımların bu işini asanlaşdırmaq qərarına gəlib və payız üçün 10 dəst hazırlayıb.



Bol kəsimli jaket: "Stella McCartney”
Dəyişkən payız havası üçün ən yaxşı üst geyimi jaketdir. Lakin bu payız ənənəvi jaketlər deyil, daha fərqli və bol kəsimli jaketlər dəbdədir.



Cins jilet: "Madewell”
Payızda qat-qat geyinməyin kefini çıxarın. Jilet xüsusilə işgüzar xanımlar üçün əlverişlidir. Ağ köynəyin üstündən geyindikdə isə çox effektli görünür.


Etnik naxışlar: "Temperley London”
Etnik naxışlar payız-qış aylarının əsas trendidir. Odur ki, romantik payız günlərində nostalji naxışlarla qəşəng bir tərz yarada bilərsiniz.



Ponço: "3.1 Philip Lim”
Yağışlar başlamadan ponçoları doyunca geyinin. Üstəlik, indi bütün mağazalarda istədiyiniz formada ponçolar tapa bilərsiniz.
 


Plaş: "Kayra”
Payızı plaşsız təsəvvür etmək mümkün deyil. Klassik plaşı istənilən tonlarla dəstləşdirə bilərsiniz. Məsələn, tünd qırmızı rəngdə şərflə qəhvəyi və bej rəngli plaş əla görünür.



Printli don: "Aker”
Bu mövsüm dizaynerlər xanımları 70-ci illərə səyahətə dəvət edir. Həmin illərin ruhunda hazırlanan donlarla bütün diqqəti öz üzərinizə çəkə bilərsiniz.



Sukeçirməz plaşlar: "Kayra”
Payız yağışları başlamadan sukeçirməz plaşlar almaqda fayda var.


Bozun ən soyuq çaları: "Chicwish”
"Bozun 50 çaları” filmi ekranlara çıxan gündən boz birdən-birə məşhurlaşdı. Həmin rəng öz aktuallığını bu mövsüm də qoruyacaq. Darıxdırıcı bozu zənginləşdirmək üçün ona qırmızı rəng əlavə edin.


Özəl günlərdə ətək geyinin: Ətək – "Roksanda”, pencək - "Burberry”
Bu mövsüm ətəklərin kəsimləri geniş fasonda təqdim olunub. Bu cür ətəkləri əyinə kip oturan pencəklə birləşdirin.


Ponço: 3.1 Philip Lim
Ponçolar bu payız müxtəlif  rənglərdə və çeşidlərdə təqdim olunub. Modapərəst xanımlar saçaqlı və assimetrik kəsimli ponçolarla hippi tərzini payız aylarında da davam etdirə bilərlər.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri