Dekabr ayında zövqlü görünün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 415
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 2)
Artıq dekabrdır.  Bu da o deməkdir ki, yeni mövsümdə üşüməmək üçün nə geyinəcəyimiz barədə düşünməyin zamanıdır. Noyabr ayında hamımız trikotaj paltarlara büründük. İsti saxladığı üçün bu dəb tendensiyası hər birimizin xoşuna gəldi. Amma hər gün qalın toxunma geyimlər, həcmli sviterlər geyinmək darıxdırıcıdır.
 
Bundan başqa, işgüzar xanımları da nəzərə almaq lazımdır. Axı ofis dress-kodu ciddi geyinməyi tələb edir.
 
Yun kostyum qış qarderobunun əsas elementi kimi bu mövsümündə bir çox kolleksiyalarda rast gəlinir.
 "Gucci”, "Ralph Lauren”, "Saint Laurent”, "Derek Lam”, "Edun”, "Valentino”,  "Christian Dior”, "Stella McCartney” moda evləri bu il pencək və klassik şalvarları mahud və yun parçalarda təklif edirlər. Bu səbəbdən, bu ay trikotaj paltarları kostyumla əvəz etmək, şübhəsiz, yaxşı fikirdir.
 
"Prada” moda evi isə kişi kostyumlarını tvid parçadan hazırlayıb. Qısaldılmış pencəklərə əlavə olunmuş xəz applikasiyaları bu rəsmi geyimə incəlik gətirib.
 
Bu zərif dəb tendensiyasının qarşısında dayanmaq heç cür mümkün deyil. Biz də sizə dəst pencək və klassik şalvar almağı məsləhət görürük. 
 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 415
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri