Frey Wille: Brilliantdan Baha Emal

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 287
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 1)
Avstriya brendi olan Frey Willein tarixi 1951-ci ildə sahibəsi Mikaela Frey olan zərgərlik dükkanının açılması ilə başlayır. Mikaela ictimai və kübar məclislərin insanı deyildi. O, incəsənət insanı idi və illər sonra emalın təkrar işlənməsi sənətini yenidən qaytararaq emalın təkrar emalı və müxtəlif rənglərlə qarışması nəticəsində bənzərsiz zərgərlik nümunələri yaradırdı.

Gənc Fridrix Ville Mikaellanın emalatxanasına 70-ci illərdə gəldi. Prestijli bir universiteti bitirdiyinə görə Fridrixin bir hüquqşünas kimi parlaq karyeraya haqqı vardı. Məşhur zərgərlik brendinin o zamanlar auditor xidmətlərinə ehtiyacı vardı. Sənədləri araşdırarkən o, emalatxanada çoxlu vaxt keçirməli olurdu və beləliklə də, buradakı yaradıcılıq abi-havasının təsirinə düşürdü. O, artıq xatırlamırdı ki, bir vaxtlar latın dili və incəsənət tarixi universitetdə onun ən sevimli fənləri idi. Özünü güclə saxlayırdı ki, Mikaelaya markayla bağlı məsləhətlər verməsin.

1972-ci ildə Fridrix Vill risk edərək özünə yeni yol seçir – o, rəssam Mikaelanın həmkarı olur. O andan etibarən materialların çatdırılması, satış və gəlir məsələlərinin hamısını öz nəzarəti altına alır. Maliyyə direktoru vəzifəsini yerinə yetirməklə bərabər o, artıq öz bəzək əşyaları kolleksiyasını hazırlamaq istəyirdi. 8 il Fridrix kreativ məsələlərinə qarışmadan biznesin idarə olunması ilə məşğul olur. 1980-ci ildə Mkaela dünyasını dəyişir. Vəsiyyətə görə onun aksiyalarının bir hissəsi qızlarına keçir, amma qızları ailə biznesinin inkişafına o qədər də can atmırdılar. Bu zaman, Fridrix hərəkətə keçərək markanının bütün səhmlərini alaraq tam sahibinə çevrilir. Azadlığın dadını çıxarmağa imkan tapmamış o, cavablandırılması o qədər də asan olmayan suallar axını ilə üzləşir. Əsas sual da ondan ibarət idi ki, yenilənmiş Frey Wille necə olacaq? İncəsənətlə birbaşa əlaqəsi olmayan insane yeni konsepti müəyyənləşdirə biləcəkmi?

Bəzən istedadlı diletant (təcrübəsi olmayan insan) təcrübəli ekspertdən daha şanslı olur. Çünki onun fikirləri cilalanmayıb. Hüquq elmləri namizədi, qərarları qəbul etməmişdən öncə düşünən, hır bir smetanı ən azı 3 dəfə yoxlayan öz vərdişlərindən uzaqlaşır. O andan etibarən o, artıq nitqlərində tez-tez bu fikri deyir: ”Mən risqi sevirəm. Məhz riskli qərarlar dünyanı irəliyə aparır.” Fridrix Vyana Universitetində İncəsənət tarixi fənnindən dərs deyən dostuna müraciət edir. Onun yeganə arzusu vardı – dostu ona markanın art-direktoru ola biləcək gənc rəssamı, tələbəni tövsiyə etsin. Dostu onun diqqətini tələbəsi Simona Qürenberqə yönləndirir. O kursun ən yaxşı tələbələrindən olur. Fridrix Ville sonradan hiss edir ki, Simonanın yüngül əli sayəsin brend yeni həyatına başlayıb.
Çoxdan dünyasını dəyişmiş rəssamların bioqrafiyası ilə maraqlanan Simona hər həftə emalatxanaya gəlib gedir. Onlar bir yerdə iş üzərində bir-birinə istirahət kimi görünən daha çox vaxt keçirirlər. Əgər sevən insanların bir-birini tamamlamaları nəzəriyyəsi doğrudursa bunun ən gözəl nümunəsi Fridrixlə Simona olmalıydı. Əksliklərin bir-birini cəlb eləməsi nəticəsində yaranan cütlüklər uzunömürlü olmur, onları isə incəsənətə olan sevgi birləşdirirdi. Fridrix layihənin əsas gücü olduğu vaxtda, Simona da Kreativ direktoru olur. "Kimsə qərarların qəbul olunmasına görə məsuliyyəti öz üzərinə almalıdır. Sürətlə hərəkət edən gəminin göyərtəsində 2 kapitan ola bilməz.”
Markanın yaradıcılığından bəhrələnərək ilk kolleksiyasını buraxdığı rəssam isə fransız impressionisti Klod Mone olur. Emalda sadəcə yenidən istehsalatın izləri görünmür. Avstriya ustaları sadəcə rəssamdan ilhamlanaraq qalan şeyləri özləri həyata dizayn edirlər. Xırda irislər emal plastinkaların üstündə açılır. Minimal sahədə tam eskiz forması işlənir. Üzükləri tamamlamaq üçün müxtəlif formada olan sırğalar, nazik və qalın qolbağlar, ipək şarflar da istehsal olunur. Monenin ardınca brend Klimt, Xundertvasser, Muxanın yaradıcılıq tapıntılarını öz işlərinin üzərinə köçürməyə cəsarət tapır.
Frey Wille-in sahibi hər bir rəssamın yaradıcılığndan saatlarla danışa bilər, amma ona yaxın olanı – çexiyalı Alfons Muxadır. Onun ən gözəl sənət əsərləri çexiya xalqının ulu valideyni hesab olunan Libussanın şərəfinə adlanan kolleksiyasında öz əksini tapmışdır. Dəbli zərgərlik əşyaları istehsal edən bu moda evi məşhur rəssamların fondlarından onların əsərlərinin istifadəsinə rəsmi icazə alır. Əgər satılan zərgərlik nümunələrində o rəssamların əsərlərinin fraqmentləri istifadə olunursa.

Frey Wille-in bəzək əşyaları əllə Vyananın Qumpendorf rayonunda hazırlanır. Əşyanın qiyməti plastinkanın enindən, haşiyənin materialından (qızıl, gümüş və ya platin omasından) və əşyada qiymətli daşların olub-olmamasından asılıdır. Amma bu gün də ən çox satılan kolleksiya Qustav Klimtin əsərləri əsasında hazırlanandır.

Ən son kolleksiyalardan biri – "Həyat sevinclərinin qəsidəsi. İncəsənətin yetkinləşməsi”dir. Kolleksiyanın əsasında Rus muzeyində sərgilənən Kazimir Maleviçin əsəridi durur. Rəssamın "Supermatizm” adlanan kətan üzərində şəkli 1915-ci ildə çəkilmişdir və incəsənətin avanqard istiqamətində yeni yol açmışdır. Fridrix Ville bəzək əşyalarının ilk nümayişində hər bir müştərini həyatın qiymətini anlamağa çağırdı. Özü də bunun yeganə nəticəsi olaraq sevgini göstərirdi. Və əlavə edib ki, xırda, əhəmiyyətsiz şeylər həyatımızın hər gününü parlaq və sevincli edir. Fridrix Ville hesab edirdi ki, "kapitan”ı həyatın çoxsaylı sevinclərinə aparan ipin ucu məhz qadının əlindədir.
Biz ki, bunu yaxşı bilirik – həyat sevincimiz üçün bəzən "O”nun bizə verəcəyi adi bir üzük də kifayətdir. Bu hətta nazik və emallı bir üzük də olsa.
 
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri