Cinsi azadlıq: Ehtiyacdır, yoxsa istək? 2 hisse

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 20 630
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 9)
Bunun qarşısındaki ən böyük əngəl isə budur – qadınlar örtünmək istəmir, kişilər isə cinsi həyatlarının aktiv olmasını istəyirlər. Əlbəttə bunu yaradan amillər var. Daha doğrusu bunu meydana gətirən bir mühit var. Bu mühit də "yuxarıdakıların” yaratdığı mühitdir. Qadınların nəzərində ən mühüm azadlıq bədən azadlığıdır. Yəni ki, bədən mənimdirsə, bu bədənlə istədiyimi edərəm. Heç kim də qarşısa bilməz. Amma bu təkcə fərdlə bağlı məsələ olsaydı, bunu düzgün qəbul etmək olardı. Lakin bunun əsas cəmiyyət tərəfi var. Qadınlara şəxsiyyət azadlığı versən də, bədən azadlığı olmasa, özündə naqislik hiss edəcək. Bu naqisliyi də o mühit yaradıb və gözlərdə bunu daha çox qabardır. Məqsəd isə bəllidir, bu mühit çox gəlir gətirir onlara. Yuxarıda bu haqda danışıldı. Kişilər üçün isə, geyiminin açıq və ya bağlı olması elə də bir əhəmiyyəti daşımır. Kişilər həmişə bağlı geyimə daha çox üstünlük verir və bunu özlərinə naqislik kimi qəbul etmir. Bu məqamı, yəni qadınların və kişilərin təbiətlərindəki fərqi alimlərin dili ilə izah edək..
Mürtəza Mütəhhəri bu haqda yazır: " Kişinin meyli qadınlara baxmaqdır və onda heç də öz gözəlliyini göstərmək meyli yoxdur. Bunun əksinə olaraq qadının meyli kişilərə baxmaq deyil, daha çox özünü göstərməkdir. Kişinin qadına baxmaq meyli, qadını özünü göstərməyə daha çox təhrik edir. Digər tərəfdən kişilərin arxasıyca baxmaq qadınlarda çox azdır. Kişilər isə öz gözəlliklərini göstərməyə çox az hallarda meyl edirlər. Buna görə də İslamda qadınlara icazə verilmir ki, evdən çıxdığı zaman kişilərin ehtirasını təhrik edən vasitələrdən istifadə etsin. Eləcə də kişilərə icazə verilmir ki, qadınların arxasıyca baxsın, gözləri onda bunda olsun. Gərək kişilər öz cinsi ləzzətlərini özünün qanuni həyat yoldaşına həsr etsin və öz həyat yoldaşından ayrılıb küçəyə, cəmiyyətə qədəm qoyduğu andan etibarəın bu məsələlər barəsində fikirləşməməyi qərara alsın, bütün diqqətini bu qadına, o qıza, bu bədən quruluşuna, o işvənaza və sairə yerlərə yönəltməsin.”
Doktor Həddad Adil isə bu haqda belə yazır: "Qadınların və kişilərin mənəvi və fiziki fərqləri mövzusu ilə əlaqədar insan psixologiyası və fiziologiyası sahəsində aparılan elmi tədqiqatlar sübut etmişdir ki, kişilər şəhvətli baxış stimulları baxımından qadınlardan daha həssasdırlar. Bunun əksinə olaraq qadınlar isə toxunma hissi ilə əlaqədar daha artıq həssaslığa malikdirlər. Həmçinin bütün yaşlarda onların eşitmə qabiliyyəti kişilərin eşitmə qabiliyyətindən daha üstündür. Ancaq kişilərdə görmə qabiliyyəti daha yüksəkdir. Bu cinsi keyfiyyətlər hislər sayəsində mənimsənilməyib, yaxud sonradan qazanılmayıb, əksinə uşaqlıq illərindən məlumdur. Görmə stimulları yüksək olan kişilər daha artıq həssaslığa malikdirlər. Kişinin bu zəif damarı həmişə onun gündəlik həyatında özünü biruzə verir və bu müxtəlif formalarda, o cümlədən şəkillərin hazırlanmasında, jurnallarda və seksoloji filmlərdə istifadə olunur. Qadınlar toxunma stimullarına görə daha artıq həssaslığa malikdirlər. Onların həssaslığındakı bu fərq ilk günlərdən formalaşmağa başlayır. Kişilərdə spesifik keyfiyyət olan "baxıb həzz alma” termini onların görmə stimullarına münasibətdə həssaslığndan irəli gəlir. Kişilər o qədər geniş surətdə təhrikedici hislərinin təsiri altına düşürlər ki, elə buna görə də bu baxımdan daha fəaldırlar. Başqa bir tərəfdən toxunma hissinin hüdudları çox böyük olmadığından onun fəaliyyəti yaxından təmasla məhdudlaşır. Bundan əlavə, qadının cinsi hormonları davamlı formada ayrılır, yəni ardıcıl olaraq baş verir. Qadına təhrikedici stimulların təsiri çox məhdud şəkildədir və bu baxımdan da qadınların fəaliyyəti çox azdır. Elmi təhqiqatların və təcrübələrin göstərdiyi kimi, kişilər qadınların bədənlərinə baxarkən onlarda özünü göstərən ehtiras hissi, qadınların kişilərə baxması zamanı müşahidə olunmur. Bu baxımdan cinsi psixologiyada da sübut olunmuşdur ki, qadın bədəninin bütün hissələri kişilərdə ehtiras yaratsa da, qadınlarda belə deyildir. Bu cür fərqlər həm kişilərin baxışını, həm də qadınların paltarlarını daha da məhdudlaşdırır.”
Yekun olaraq demək lazımdır ki, cinsi azadlıq deyilən şey əslində cinsi istismardır. Hər yanlış şey kimi bunu da müxtəlif vasitələrlə məsumlaşdırıblar. Nə üçün? Çünki "yuxarıdakların” rahat və problemsiz həyat yaşamaları üçün "aşağıdaklılar” əziyyət çəkib sürünməlidir. Bu sürünmə "aşağıdakıları” məhv edir, yorur, çərlədir. Ona görə də toplumlara cinsi azadlıq, narkotika, içki, siqaret yayılır ki, bu çərləmə müqabilində onları uyuşdurub, qısa da olsa dərdləri unutdursunlar ki, sonrakı sürünmələrə hazır vəziyyətdə olsunlar… Bunlardan qurtulmaq isə çətin məsələdir. Çünki kapitalizm insanların istəklərini təbii ehtiyacmış kimi onların şüuraltına mütəmadi olaraq yerləşdirir..
Başlıqdakı sual, bu ehtiyacdır, yoxsa istək? Bütün bu danışılanlardan aydın oldu ki, bu istək və arzudur, meyldir, zövqdür. Həqiqi ehtiyac isə sərhədli cinsi azadlıqdır. Ümumiyyətlə bəşəriyyətin xoşbəxtliyi, hədd-hüdüd tanımayan nəfsani istəklərini müəyyən nizam-intizama salmaqdan keçir. Biz həqiqi kamilliyə bu yolla çatıb, aydınlana bilərik. Oşo deyir ki, xoşbəxtliklə, zövqü bir-birinə qarışdırmayın. Xoşbəxtlik daimi bir şeydir, zövq isə müvəqqəti. Xoşbəxtlik nəyinsə yoxluğu və varlığı deyil. O zatən sənin içində mövcuddur. Sadəcə onu kəşf etməlisən.
Bu qədər…

(səs: 9)
Şərhlər: 3
Baxılıb: 20 630
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri