Bol kəsimli şalvarla möhtəşəm görünməyin yolları

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 4 520
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 6)
Heç vaxt dəbdən düşməyən trendlərdən biri də bol kəsimli şalvarlardır. Əvvəllər bohem tərzinin əsas geyimlərindən hesab edilsə də, artıq bir çox tərzdə özünə yer tapıb.
 
Bu il bol kəsimli şalvarlar üçün parlaq dövr olacaq, çünki istər küçə stilində, istərsə də, dəbdəbəli ziyafət gecələrində bol kəsimli şalvar kombinlərinə tez-tez rast gələcəyik. Bu cür şalvarla ofis stili yaratmaq da mümkündür.
 
1. Bol kəsimli şalvarı idman ayaqqabısı ilə geyinin.
 
2. Şalvarınızı bədəninizə yapışan kofta və ya köynəklə geyinin. Kombininizi hündürdaban ayaqqabı ilə tamamlayın.
 
3. Artıq bol kəsimli cinslər də qarderoblarda özünə yer tapır. Belə cins şalvarı parlaq rəngli, naxışlı köynəklə geyinin.
 
4. Qat-qat geyinmək bu qış da öz aktuallığını qoruyur. Bol kəsimli şalvarınızı nazik kofta ilə tamamlayın. Üzərindən qısa sviter geyinə bilərsiniz. Ancaq şalvarınız mütləq hündürbel olmalıdır.
 
5. Bol kəsimli şalvarla uzun paltolar əla yaraşır. Bu kombini idman ayaqqabısı ilə tamamlamağınız məsləhətdir.

 

 

 

 

(səs: 6)
Şərhlər: 6
Baxılıb: 4 520
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri