Karl Lagerfeld hər dəfə olduğu kimi yenə yaradıcı fikirləri ilə modapərəstləri təəccübləndirib.
Qadınlar.Biz
xəbər verir ki, Milan moda həftəsi çərçivəsində "Fendi”-nin 2016-2017
payız-qış mövsümünün yeni kolleksiyası nümayiş olunub. Dəb tənqidçiləri
"Fendi” moda evinin yeni kolleksiyasına heyranlığını ifadə etməkdə
çətinlik çəkib.
"Fendi”-nin
2016-2017-ci ilin payız-qış kolleksiyası uzaqgörən dizaynerin gələcəyə
baxışlarını əks etdirib. Həmin kolleksiya dəbdəbə və müasir
tendensiyaları özündə birləşdirir. Yeni kolleksiya xanımları heyrətə
gətirir və düşünməyə vadar edir.