Bu ilin trendi: Pastel rəngli geyimlər necə kombinləməli

Şərhlər: 6
Baxılıb: 1243
Paylaş:
Səs ver:
(səs: 2)
Artıq məlumdur ki, bu mövsüm pastel rənglər dəbdədir.(2016-cı ilin rəngləri: Kvars çəhrayısı və sakit mavi) Xüsusilə də, 2016-cı ilin əsas rəngi olaraq 2 pastel çaları seçilib. Düşünə bilərsiniz ki, qışda pastel çalarları kombinləmək və geyinmək çətindir. Pastel rənglərin monotonluğunu qırmaq, şaftalı, solğun çəhrayı, toz nanə, banan, lavanda və "baby blue” kimi çalarlara parlaqlıq qatmaq və onlarla gözəl bir tərz yaratmaq heç də çətin deyil. Bunun üçün modanı, trendləri izləmək də sizin hər zaman köməyinizə gələ bilər. Amma bu işdə biz sizə pastel çalarlarla necə tərz yaratmaq olar istiqamətində bir neçə ipucu verməklə kömək edə bilərik.

Pastelə minimalizm qatdıqda...
Pastel çalarlarında ən vacib nöqtə həddən artıq çoxluğa getməməkdir. Belə ki, pastel ayaqqabı, çanta, saç aksessuarları ilə başdan ayağa solğun limon, çəhrayı geyimlər podiumlarda gözalıcı görünə bilər. Amma belə görüntü ilə həyatda ancaq çox qarışıq görünə bilərsiniz. Bunun əvəzinə pastel rənglərlə qara-ağ və ya neytral hər hansı bir çaları uyğunlaşdırmaq olar. Əgər kombininizdə pastel çalarlardan istifadə edəcəksinizsə kəskin xətli geyimlərdən istifadə etməməlisiniz.Yox, deyirsinizsə mütləq geyimimin forması bilinməlidir, o zaman pastel çalarlara bir az dramatik hava qatın.

Pastel və neytral rənglər birləşərsə...
Neytral rənglərlə pastel çalarları kombinləməkdən heç vaxt çəkinməyin. Bej və qəhvəyi çalarlar sizə pastel rəngləri balanslaşdırmaqda kömək edəcək. Eyni zamanda da pastel rənglər boz və krem çalarları ilə çox yaxşı görünür.

Pastel rəngləri limitləyin
Pastel rənglərin bir-biriləri ilə yaxşı göründüyünü düşünürsünüzsə o zaman ikidən artıq pastel çalarını yoxlaya bilərsiniz. Düz xətlər ilə pastel çalarlarını qarışdırmaq mümkündür. Hətta parlaq bir aksessuar əlavə edərək dörd pastel çalarını kombin edin. Amma bir nüansı yadda saxlayın ki, pastel rənglər çox qarışıq kəsimlər və detallarla yaxşı görünmür. Həm də əsmər xanımlar çox pastel çalarlarını birləşdirməkdən uzaq durmalıdırlar. 

Saç və dəri çalarlarında pastel uyğunluğu
Açıq dəriyə sahib olan xanımlar qəhvəyi çalarlarının zəngin olduğu pastel rənglərinə üstünlük verməlidirlər. Tünd rəngli dəriyə sahib xanımlar isə daha xəfif və krem rənglərdən yana seçim etməlidirlər. Sarışın xanımlar isə istədikləri pastel rənglərindən istifadə edə bilərlər. Əsmər və qızılı saçları olan xanımlar həddən artıq pastel rənglər istifadə etsələr solğun görünə bilərlər. Daha aristokrat görünmək üçün isə pastel və parlaq rənglərin kontrastı sizə kömək edə bilər.

Ağ-qara və pastel rənglər
Bir çox pastel çalarlar qara parça ilə modern görüntü yaradır. Qara rənglərlə pastel parçalar bir az dramatik görünə bilər. Buna görə də yumşaq boz ya da bej çalarları ilə qaranı əvəz edə bilərsiniz.Qışda ağ ilə pastel çalarları geyinmək elə də yaxşı görünməsə də yaz üçün bu uyğunluq idealdır.

Qışda pastel zərifliyi
Yuxarıda qeyd etdiyimiz kimi, qışda pastel rənglərdən istifadə etməkdən çəkinməyin. Pastel rəngində olan jaketi  qara və tünd cinslə dəstləşdirsəniz şıq görüntü əldə edəcəksiniz. Pastel çalarlarında üst geyimləri də bu ilin əvəzolunmazıdır. 

Pastel geyim ilə ayaqqabı və aksessuarlar
Pastel rəngli geyimlərlə uyğunluq yaratmaq üçün neytral çalarlı ayaqqabı seçə bilərsiniz. Qara,  bej, qəhvəyi ilə heç vaxt boz ayaqqabı geyinməyin. Pastel ayaqqabılarla ağ şalvar və ya açıq rəngli paltar yaxşı görüntü yaradır. Metalik bəzək əşyaları isə pastel rənglərlə həmişə uyğun olub. Belə aksessuarlar axşam geyimləri üçün məsləhətlidir. Çanta, kəmər və papaq seçimində isə parlaq rənglər üstünlük təşkil etməlidir. Ümumiyyətlə, pastel aksessuarlarda soyuq çəhrayı, banan, nanə rəngləri möhtəşəm görünür. Pastel günəş eynəyi də yaddan çıxmamalıdır.

Ofis tərzində pastel rənglər
Həddən artıq pastel rənglərin qarışığı ofis üçün heç də düzgün seçim deyil. Pastel geyimlərinizi modern və minimalist parçalardan seçin. "Look”unuza bej çalarlar daxil edin. Saç və makiyajınızı sadəliyə üstünlük verin.

Küçə dəbində pastelin ahəngi
Pastel rəngləri idman tərzində olan şıq geyimlər və qadınlığınızı vurğulayan parçalarla birləşdirin. Misal üçün, rəfiqələrinizlə kofe içməyə gedirsinizsə və bir az da gəzəcəksinizsə pastel rəngli sadə köynəklə, eyni rəngli ətəyinizi (şalvarınızı) kombinləyib, retro tərzli günəş eynəyinizi də "look”unuza əlavə etsəniz əla görünəcəksiniz.

loading...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1243
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Tesekkurler.
8 iyun 2016 15:53
6
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
Barbaris
maraqli melumatdir twk
8 iyun 2016 15:49
5
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
vipbetul
yaxsi her kesede yarasan rengdir
8 iyun 2016 13:20
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
yarpaq33
Sevdiyim renglerdi
8 iyun 2016 07:54
3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Miss_Oxatan
Debli trenddir menimde xowum gelir esasda cehrayi be mavi)
7 iyun 2016 23:34
2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
BARBI
Pastel rengleri cox sevirem. Kombinlemesi cetin deyil.
7 iyun 2016 23:01
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv