Bəylərimiz niyə dəbdən anlamır?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 7 760
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)

Əziz xanımlar bu yazı beylərimizin dilinnən yazılıb yəni onların düşüncələrini paylaşıram.

"Mövsüm alış-verişi” dedikdə, sevgilinin gözləri bərəlir?

Bəylər niyə dəbdən anlamır?

Əgər dəb rahatlıq tərəfdarı olsaydı, hündürdaban ayaqqabılar, ümumiyyətlə, olmazdı. Amma müəyyən səbəblərə görə, bir neçə santimetr hündür olmaq xatirinə hər addımı atanda böyrəklərinin ağnsından nəfəs ala bilməmək və ictimai yerdə yıxılmaq təhlükəsi hələ də dəbdədir.

Heç cür anlaya bilmirəm ki, həyat yoldaşımın öz dolabına yerləşmədiyi üçün mənim dolabımın da yarısını tutacaq qədər çox geyim nəyinə gərəkdir? Axşam rəfıqələri ilə əylənməyə gedəndə saatlarla dolabın qarşısında dayanıb geyinməyə heç nəyi olmadığından şikayətlənəcək, mən isə onu tələsdirməyə məcbur qalacağam. Bu geyimlər nəyə lazımdır, ümumiyyətlə, onları belə sevimli edən nədir? Burada  rəng var, təsəvvür edirsən, hər rəng, hətta fuksiya rəngi.

İndi anlamağa başlayıram ki, "Geyinməyə heç nə tapa bilmirəm” silsiləsindən bəhanələr, əslində, "Mənim azca sarı, amma əksər hissəsi qara rəng olan, bu gecə gedəcəyim yer üçün seçdiyim saç düzümünə tam uyğun çantamla uzlaşsın don/köynək/ətək/şalvarım yoxdur” anlammı kəsb edir. Həmçinin, onu da anlamışam ki, bu, yeni alış-verişə siqnaldır.

Mərcə gəlməyə hazıram ki, alış-veriş nəzərdə tutduğundan daha çox şey almağa sövq edəcək, üstəlik, endirimlər də bunun üçün əla bəhanədir. Vurulan zədənin təsirini artırmaq üçün, aldığın paltarların əksəriyyəti sənə bir, ya iki ölçü kiçik gələcək və gələcəkdə arıqladığın zaman geyinmək üçün dolabın bir küncünə yerləşdiriləcək, yəni qarderobunun "Geyinməyə heç nəyim yoxdur” hissəsi bir az da böyüyəcək.

Bəlkə də biz problemin gözünə baxmağa ehtiyac duyuruq. Bizim qadınlar əksər hallarda ilhamı dəb təqdimatlarından alırlar. Mən də belələri ilə qarşılaşmışam, amma süni şəkildə qaralmış, saçlan arxaya daranmış oğlanların nə geyindiklərindən asılı olmayaraq, yaraşıqlı görünməsi fikrini qəbul etməmişəm, üstəlik, onları heç vaxt təqlid etməmişəm. Əgər mən camaat arasına yun jaket üstündən toxunma çanta asaraq çıxsam və hansısa sinəsi yanya qədər açıq, velvet qalstuklu, qısaşortlu, özünü "stilist” adlandıran birisi mənim geyimimi şərh etməyə başlasa, onu öldürməyə hazıram.

Bəlkə də "Kişilər dəblə geyinməyi bacarmır” deyənlər haqlıdır. Bəlkə də əslində, kişilər dəbi qadınların izlədiyi qədər izləyə bilməzlər. Biz əynimizdəkinin "rezini qaçanadək”yeni alt geyimi almağa ehtiyac görmürük, 20 dəqiqəyədək bir ölçü kiçik olan şalvarı əynimizə keçirmək üçün əziyyət çəkmirik. Bəlkə də biz, həqiqətən, bir dəfə geyinəcəyimizə əmin olduğumuz paltarı almağı ağılsızlıq hesab edirik. Biz həmçinin onu da anlamırıq ki, niyə bu dərəcədə bəyənilib alınan don cəmi bircə dəfə geyinilir?

Bəs niyə biz bütün bunları anlamırıq? Səbəb kimi, "Qadınlar Veneradan gəlib, kişilər Marsdan” və ya Kişilər "Müftə”, qadınlar isə "Gucci” tərəfdarıdır sayağı filtirləri araşdırmağı düşünürəm.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri