Parla və cəzb et

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 318
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)

Parla və cəzb et
Xanımlar, bu qış şopinq edərkən unutmayın ki, mövsüm bizə "Parla və cəzb et" deyir. Elə deyəsən, dünyanın ən məşhur kuturyeləri də bu ideyadan ilhamlanaraq 2012 kolleksiyalarını rəngarəng
və cəlbedici hazırladılar.
Biz isə yaxşıların ən yaxşısını seçib sizlərə təqdim edirik. Yeri gəlmişkən, meteoroqların proqnozlarına görə, bu qış soyuq keçəcək. Amma, deyəsən, dəb dizaynerləri bunu onlardan əvvəl hiss ediblər.
Kolleksiyalarına daxil etdikləri təbii xəzlər mövsümdə üst geyimlərinə şahlıq etsə də, bəzi brendlər təbiətsevərlərin hisslərini nəzərə alaraq kəşmir, zamşa, tvid kimi parçalardan da yan keçməyiblər.

Parla və cəzb et

Qara

Öz kolleksiyaları ilə modabazları hər zaman butiklərinə çağıra bilən Donna Karan qara rəngin ideallığını daima vurğulayır. O düşünür ki, siz onu gecə də, gündüz də geyinə bilərsiniz.
Qara hamıya yaraşır, həmişə cəzbedicidir. Amerika əsilli dizayner qarada özünü qamətli və cəzbedici hiss edir.

Parla və cəzb et


Bəyaz
Bəyaz... Bu rəng saflığı, zərifliyi və daima müqəddəsliyi təmsil edir. Ağ rəngin əsas dəyəri onun universallığıdır. Bu rəng istənilən stilə, dəri və saç rənginə uyğun gəlir.
Qadını daha cavan və daha təravətli göstərir. Bəyazı seçməklə əmin ola bilərsiniz ki, mələklərin yerdəki təmsilçisinə çevriləcəksiniz.

 

Parla və cəzb et


Bej
Bej dəri rənginin çalarlarındandır. Bu rəngin minə yaxın alternativi var. Məşhur dizaynerlərin hər yeni kolleksiyalarında bej rənginə rast gəlmək olar. Rəngin çaları isə tendensiyaya uyğun dəyişir.
Rəngə kübarlıq və parlaqlıq gətirən isə Şərq qadınlarının vazkeçilməzi olan qızılı tonlardır.

Parla və cəzb et


Rəngarəng
Narın bahar yağışından sonra göy qurşağını izləmək daima arzu olunandır. Cəsur və intimual qadınlar üçün. 2012-ci ilin qışı əlvan rənglərlə və riskli kombinələrlə boldur. Bir sözlə, bu mövsüm rəngarənglik qarderobunuza yaz təravəti gətirəcək.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri