6 addımda doğru bikini seçmə üsulu

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 2 922
Səs ver:
(səs: 1)
Yay tətili proqramınızı qurmusunuz artıq? Bəs çimərlik alış-verişini necə çıxmısınız? Əgər hələ etməmisinizsə, yeni bir çimərlik dəsti almamışdan əvvəl bir neçə nüansı diqqətdə saxlamağınızda fayda var. Əslində sadəcə çimərlik dəstində yox, bütün alt geyim formalarında geyimin sinə nahiyəsinə düzgün oturmağı həm səliqəli bir görüntü həm də rahatlıq üçün əsas şərtdir. Amma hər qadının fərqli bədən forması və döş ölçüləri olduğuda bir həqiqətdir. Belə bir vəziyyətdə etməli olduğumuz şey, bizim üçün tam olaraq hansı modelin lazım olduğunu kəşf etməkdir. Bu kəşf yolunu asanlaşdıran bir neçə ipucu:

1.Günümüzdə o qədər fərqli bikini üstü modelləri var ki, aralarından hansının sizə uyğun olduğuna qərar vermək həqiqətən çətindir. Amma hər şeydən öncə diqqət yetirməli olduğunuz məsələ doğru bədən ölçüsüdür. Əgər əmin deyilsəniz bir metrə ilə döşlərinizi tam saracaq şəkildə hərtərəfli ölçün. Aldığınız rəqəm 86-89-dursa deməli almalı olduğunuz bikini üstünün ölçüsü 38-dir.

2.Əgər sinəniz kiçikdirsə daha həcimli görünməsi üçün iri naxışlı, halqa, kəpənək və digər şəkilli bikini üstlüyü geyinin. Qara rəng yerinə ag və yaxud da daha rəngarəng formaları düşünün. Kiçik döş avantajı sayəsində üçbucaq və ipli bikini üstlərini rahatlıqla geyinə biləcəyinizi unutmayın.

3. Böyük sinəyə sahibsinizsə rezinli və qalın asqılı bikini üstlüyünə üstünlük verin. Bu geyimlər sinənizi həm toparlayar, həm dəstəkləyər həm də daha kiçik görünməsinə səbəb olar. Belə geyimlərin üstündə iri naxışlar və bəzəklərin olmamasına diqqət edin.

4.Büstqalterə oxşayan boyundan iplə bağlı bikini üstləri yaratdıqları rahatlıq və dəstəklə önə çıxırlar. Döşləri daha dik, daha səliqəli göstərmələri ilə yanaşı, çimərlikdə belə cazibədar görünmək istəyənlər üçün ideal seçimdir. Bütün bədən ölçülərinə və döş formalarına uyğundurlar.

5.Diqqəti omba və qarın bölgənizdən uzaqlaşdırıb gövdənizin üst qisminə çəkmək istəyirsinizsə çimərlik alarkən bikinin sadə, üstünün isə canlı, rəngli, bəzəkli, naxışlı olmağına diqqət göstərin.

6.Sinəniz istər kiçik olsun, istərsə də böyük, daha dolğun görünməsini istəyirsənizsə push-up (maçalkalı) modellərə üstünlük verin. Çevrəli, içi dolu, kuplu olan bu modellər sinəni qaldırıb gözəl forma verir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri