Hansı mövsümə hansı gəlinlik uyğundur?

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 2 873
Səs ver:
(səs: 0)
Hər mövsümün havası, işığı, modası fərqlidirsə, gəlinlik modelləri də fərqli olmalıdır.

Parlaq bir yay gəlini ilə məsum payız gəlininin geyinəcəyi gəlinlik, modelindən rənginə, parçasından aksesuarına qədər müxtəlif cizgilərdədir.


Yaz Gəlinləri
Yeni həyatınıza ilk addımları bir bahar toyu ilə atırsınızsa, gəlinliyinizi atlas, şifon ya da tül kimi parçalarla dizayn olunmuş sadə gəlinlik modellərindən seçə bilərsiniz. Toyunuzda bahar yağışına yaxalanma ehtimalı təxminən yüzdə otuz olduğuna görə, gəlinliyiniz həm açıq, həm bağlı məkanda istifadə edə biləcəyiniz bir stildə olmalıdır. Açıq çəhrayı, pudra tonları, dəri rəngi və daş rəngi kimi pastel rəngləri istər gəlinliyinizin öz parçasında, istərsə də, aksesuarlarında istifadə oluna bilər

Yay Gəlinləri
Yay gəlinləri hərəkət rahatlığını təmin edən, çox ağır olmayan, beli açıq və ya dekolte gəlinliklərdən istifadə edə bilərlər. Aksesuarlarda isə yayın canlı rənglərindən istifadə ideal görüntü yarada bilər.

Payız Gəlinləri
Payız gəlinləri atlas, ipək və güpür kimi parçalardan hazırlanmış qollu gəlinlik modelləri seçə bilərlər. Payız gəlinliyinizin aksesuarı mirvari olarsa füsünkar görünə bilərsiniz.

Qış Gəlinləri
Qollu modeller, dantelli qat-qat modellər qış gəlinləri üçün gözəl seçim olar. Bağlı məkanda təşkil edilmiş toyunuzda gəlinliyiniz ağ olmasına baxmayaraq aksesuarlarınızda qış rənglərindən istifadə etməyə çəkinməyin. Bordo bir qurşaq, tünd qırmızı güllərlə hazırlanmış bir gəlin buketi və s. kimi iddialı detalları son illərin gəlinlik trendləri arasında görürük.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri