Diqqət çəkməyi sevərik, amma söz mövzusu gəlin paltarı olunca seksuallığın dozasını nizamlarkən diqqətli olmaq məcburiyyətindəyik.
V yaxa
Çiyinləriniz genişsə və sinələriniz çox böyük deyilsə, dərin bir V yaxa ilə diqqəti boyunuzdan bir az aşağıya çəkin. Dəstək verən bir büsthalter istifadə edin, bir də gözəl bir boyunbağıyla dekoltenizi bəzərsəniz kifayət qədər seksual olarsınız. Qonaqlarla öpüşərkən ya da rəqs edərkən çox önə əyilməməyi ağılınızdan çıxarmayın.
Kürəyinizə güvənirsinizsə
Siz yanlarından keçib getdikdən sonra qonaqlarınızın arxanızdan baxmaları xoş olmazmı? Hamar və yanıq bir kürək və onu zərifcə gözlər önünə çəkən bir gəlin paltarı ilə bu mümkündür.
Gözalıcı bir silüet
Qəbul edirik ki yüzlərlə adamın diqqət dolu baxışları qarşısında dekolte sərgiləmək çox da asan olmayacaq. Bu vəziyyətdə dişiliyinizdən imtina etmək məcburiyyətindəsinizmi? Əlbəttə xeyr! Yalnız daha etibarlı bir tərzə yönəlməlisiniz. Parçanın altından özünü müəyyən edən qıvrımlar hər vaxt çox təsirlidir. Bu təsiri təmin etmək üçün balıq ətəkli bir gəlin paltarı seçim edə bilərsiniz.
Gəlin paltarıda seksuallığın nizamını edərkən tək bir nöqtəyə adabta olmağı unutmayın. Çünki etibar etdiyiniz tək bir bölgəni ön plana çıxartmanız kafi olacaq.