Möhtəşəm toy fotoşəkilləri üçün 4 məsləhət

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 229
Səs ver:
(səs: 0)
İnsanın ən xoşbəxt günlərindən biri sevdiyi ilə həyatlarını birləşdirdiyi gündür. Hər şeyin mükəmməl olmasını istəyər. Ən çox da ölümsüzləşdirdikləri anların.
Toy şəkillərinizdə gözəl çıxmaq üçün sizlərə bir neçə məsləhətimizar var :

Yaxşı bir fotoqrafla işləyin
Həyatımızda evlilik və doğum kimi çox əhəmiyyətli, unudulmaz anlar vardır. Şüurlu seçim edən, keyfiyyətli, xüsusi fotoqraf gözləyən, şəkilləri riskə atmaq istəməyənlər, təkrarlanması mümkün olmayan bu əhəmiyyətli anları işin mütəxəssisinə, yəni professional bir fotoqrafa təslim etməyi uyğun bilərlər. Bu iş üçün seçilən adamın fotoqraf təcrübəsinə sahib olması lazımdır. Sizin seçiminiz də bu istiqamətdə olmalıdır.

Gülümsəyin və bir-birinizə sevgi ilə baxın
Toy günü içində bəlkə bir çox təlaşınız olacaq. Toy məkanı necə oldu, qonaqlar necə oturacaq ya da çəkiliş əsnasında saçım, makiyajım pozulacaqmı kimi. Toyda saç, makiyaj, gəlin paltarı, məkan kimi bütün detallar çox əhəmiyyətlidir. Bununla birlikdə geriyə qalan və o günü sizə bir ömür boyu təkrar  yaşadan ən əhəmiyyətli olan  anı fotoqraf çəkər. Bütün bu detalları bir kənara buraxıb əlinizdən gəldiyincə günün dadını çıxarın və gülümsəyin. Özünüzü etibarlı bir fotoqrafın əllərinə təslim edin və yoldaşınızla bir-birinizə sevgi ilə baxaraq sevginizi göstərin, gerisi onsuz da gəlir. Çünki həyatınızın ən əhəmiyyətli gününü yaşayırsınız!

Təbii olun
Çəkilişlər əsnasında ən gözəl çıxdığınız kadrlar ən təbii olduğunuz anlardan meydana gələcək, bunu həmişə xatırlayın. Necə dayansam ya da baxsam daha gözəl çıxaram təlaşını bir kənara  qoyun  və təbii, yəni özünüz kimi olun. Çəkilişlərdə iki fotoqraf olması da çox böyük üstünlükdür. Siz birinə baxarkən, digəri yandan, yəni obyektivə baxmadığınız yerdən fotoşəkillərinizi çəkər. İnanın, ən çox bu kadrları sevəcəksiniz.

Fotoqrafla əvvəlcədən poza təyin edin
Daha əvvəldən istədiyiniz və bəyəndiyiniz pozalar varsa qeyd edin, sonradan "Belə bir kadr da istəyirdim, kaş çəkdirsəydik" deyə düşünməyin. Fotoqrafı da istədiyiniz bir neçə poza haqqında əvvəldən məlumatlandıra bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 229
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri