Örtüklü xanımın qarderob əsasları - maksi ətəklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 264
Səs ver:
(səs: 2)
Maksi ətəklər- bu geyim yalnız hicablı xanımların deyil, hər bir qızın qarderobunda olmalıdır. Bu uzun ətəklər artıq bir neçə sezondur ki, dəbin pik nöqtəsindədir və modanı izləyən hər bir xanım bu tip ətəklərə sahib olmalıdır.

Uzun yubkalar müxtəlif formada və rənglərdə olur və bunları geyinərkən onları mütləq üzərimizdə olan digər geyim və aksesuarlarla uyğunlaşdırmalıyıq. Bədən quruluşunuzdan və üst geyiminizdən asılı olaraq uzun ətəyin bir neçə geyinmə tərzi var.

Qayda #1. Ölçülərinizi nəzərə alın. Uzun yubka sizin bədən quruluşunuzla uyğunlaşmalıdır. Əgər bədəninizin aşağı hissəsi həcmlidirsə yuxarı hissədən yığcam olan geyim sizi daha yaraşıqlı göstərər. Buna görə belə bədənli xanımlar öz maksi ətəklərini qısa gödəkçə, kardiqan, pencək və ya yığcam kəsimli köynəklərlə geyinərlərsə daha zövqlü görüntüyə sahib olarlar. Ümumiyyətlə belə bədənə sahib xanımlar maksi ətəklərini seçdikdə çalışıb bir qədər yığcam olanını seçməlidirlər, xüsusən də qırçınlı maksi ətəklərdən.

Qayda #2. Əgər bədəninizin yuxarı hissəsi həcmlidirsə, o zaman yuxarı hissədən həcmli geyim sizin çiyinlerinizi daha da enli göstərəcək.  Buna görə də enli çiyinli xanımlar eynilə yuxarı hissədən yığcam geyimlərə üstünlük verməlidirlər.

Qayda #3. Həmçinin maksi ətəklərlə bədənin yuxarı hissəsinin geyiminin al-əlvan olmaması məsləhət görülür. Çünki bununla xoşagəlməyəcək tərzdə gözəçarpan obraz almış olacaqsınız. Və ya əgər köynəyiniz gözəçarpan rəngdədirsə, o zaman maksi yubkanız neytral rənglərdən birində olmalıdır. Bu qara, bej və ya boz çalarlarda ola bilər.

Qayda #4. Yox, əgər əhvalınıza görə bəzən başdan topuğa neytral rənglərdə geyinməyə həvəslisinizsə, o zaman görkəminizə al rəngli detal, məsələn, hijab, ayaqqabı və ya klaç əlavə etməklə onu daha maraqlı şəkilə gətirə bilərsiniz.

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 264
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri