Qara rəngə zövq qatın

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 4 603
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 4)
Qara rəng heç zaman dəbdən düşmür. ənHətta  çılğın rənglərin dəb olduğu illərdə belə, qara rəng öz aktuallığını qoruyub saxlaya bilib.
 
Bu ilin qış mövsümündə də qarla ziddiyyət təşkil edən qara rəngli kombinlərə üstünlük verə biləcəksiniz. Üstəlik, küçə dəbində yeni vüsət alan trend başdan-ayağa qara geyinməyi diqtə edir. Xüsusilə, sarışın xanımlara yaraşan bu tip kombinləri 2016-cı ildə hər kəsin üzərində görə biləcəyik.
 
Saç rənginizin elə bir əhəmiyyəti olmayacaq. Yetər ki, sizin qara rəngli geyimləriniz və aksessuarlarınız olsun.
 
1. Qapqara geyindiyiniz günlərdə bəbir printli kiçik aksessuarlardan istifadə edə bilərsiniz.
 
2. Qara rəngin açıq və tünd çalarlarından istifadə edin. Parıldayan dəri geyimlərlə, solğun paltarları birləşdirin.
 
3. Başdan-ayağa qara geyinmisinizsə, qırmızı dodaq boyası çəkin. Göz makiyajınızı isə laynerlə tamamlayın.
4. Qırmızı, ağ və arzuladığınız hər hansı bir rəngdə ipək yaylıq və ya şarflardan istifadə edin.
 
5. Qara, qısa donu həm küçə, həm ofis, həm də xüsusi dəvətlərdə geyinə bilərsiniz. Donu daha şıq göstərmək üçün qara rəngdə pencək, ayaqqabı, çanta və qızılı aksessuarlar kifayət edəcək.
 
6. Uzun donları qısa dəri pencəklərlə kombinə edərək bohem tərzə bürünə bilərsiniz.
 
7. Qara, midi ətəyi köynəklərlə geyinərək ofis stili yarada bilərsiniz.
 
Daha çox kombin fikri üçün təqdim etdiyimiz fotolara nəzər salın!

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 8
Baxılıb: 4 603
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri