Siz susun, qoy rənglər danışsın

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 6 156
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 3)
İdeal qarderobun formalaşması üçün hansı rəngi bir-biri ilə uyğunlaşdırmağı bilmək lazımdır. Əks halda, başqaları sizə baxdıqca yol verdiyiniz səhvləri redaktə etmək istəyəcək.
 
Qırmızı
Əgər qırmızı rəngli paltar geyinmisinizsə, ətrafdakıların maksimum diqqətinə hazır olun. Bu rəng özünə əmin adamlar üçündür. Ciddi dəb xətasına yol verməmək üçün qırmızını elə qırmızı ilə birləşdirməyi təklif edirik. Obrazın başdan-ayağa qırmızı olması ölməz klassika sayılır. Diqqət mərkəzində olmaqdan qorxursunzusa, onda qırmızını sakit bej çalarları ilə birləşdirin.
 
Pastel tonları
Pastel çalarları sakit olduğu üçün onları bir-biri ilə istədiyiniz kimi cəsarətlə uzlaşdırın. Bahar və yaz aylarında onların dövrü başlayır. Dünya şöhrətli rəng təşkilatı "Pantone” zərif çəhrayı ilə soyuq mavini  2016-cı ilin əsas rəngləri olacağını proqnozlaşdırıb.
Bir sözlə, gələn bahar zərif və həssas olacaq!
 

Ağ bütün digər rənglərlə yola gedir. Xüsusilə, göy, qırmızı, sarı və qara ilə gözəl görünür. Gündəlik obraz yaratmaq üçün ağla qəhvəyinin möhtəşəm ahənginə diqqət yetirin. Belə təmkinli rənglərin qovuşması işgüzar üslubda qüsursuz görünür.
 
Cins rəngləri
Cinsin müxtəlif rənglərlə vəhdəti uzun müddət qadağa altında idi. İndi isə cinsin müxtəlif çalarlarını istənilən rənglə görüşürdürmək qəbahət sayılmır. Odur ki, cinsi  sevdiyiniz hər hansı rənglə birləşdirməkdən qəti qorxmayın.
 
Dəniz mövzusu
Dəniz mövzusunu dəbə ötən əsrin 30-ci illərində ilk dəfə Koko Şanel gətirib. O, donanma əsgərləri kimi geyinməyi çox sevirdi. Ağ-qara və ya tünd göylə ağ zolaq naxışı indiyədək dəbdədir. Dəniz mövzusuna 3 rəng çaları: göy, ağ, qara və qırmızı daxildir. Dizaynerlər incə obrazların yaradılması üçün əlavə olaraq qızıl aksessuarlardan istifadə etməyi məsləhət görür.
 
Xardal
Xardalla qəhvəyi, sarı, xaki, şokolad rəngləri ideal şəkildə uyğun gəlir. Klassik obrazın yaradılması üçün onu baza rəngləri - ağ və qara ilə birləşdirmək olar. Biz isə xardal və açıq çəhrayının vəhdətini tövsiyə edirik. Belə zərif obrazı hətta ofisə də geyinmək olar.
 
Şərab rəngi
Tünd qırmızıya bəzən şərab rəngi də deyilir. Şərab çaları digər rənglərlə çox asanlıqla uzlaşır. Lakin şərab çalarları ağ və bozun  fonunda daha effektli görünür. Zoğalını həmçinin qəhvəyi, süd rəngləri ilə qarışdırmaq olar.
 
Çəhrayı
İncə və zərif qadın obrazı yaratmaq üçün çəhrayı rəng seçin. O, ağ, mavi, qəhvəyi və göylə mükəmməl uzlaşır. Ağla çəhrayının birləşməsi  hər zaman bəyənilir. Hətta bu şəkildə işə və ya işgüzar görüşə də getmək olar. Tezliklə bahardır, deməli, çəhrayı palto almaq tam yerinə düşər.
 
Boz
Boz rəng cansıxıcı əhval demək deyil. O, ofis üslubu üçün ideal zəmin rolunu oynayır, lakin biz başdan-ayağa boz geyməyi məsləhət görmürük. Bozla yaşıl, çəhrayı və ya mavi yaxşı kombinasiyadır. Ümumiyyətlə, unutmayın ki, boz istənilən rənglə uzlaşır.
Göy
Göy ən aristokrat rəng palitrasıdır. O, fil dişi, ağ və qəhvəyi ilə yaxşı uzlaşır. Onu eləcə də, qəhvəyi, qırmızı və sarı ilə birləşdirmək olar. Göylə qəhvəyinin ahəngi də nəcib obraz yaradacaq!
 
Məşhur dəb bloqqeri Yelena Qalant bir-birinə uyğun rəngləri tapmaqda ustadır. Gəlin, onun məlahətli obrazlarını nəzərdən keçirək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 10
Baxılıb: 6 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri