Payızın son dəbi: boyunbağı əvəzinə ipək şərflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 126
Səs ver:
(səs: 5)
Bir-iki il əvvəl modapərəstlər obrazlarını irihəcmli boyunbağılarla tamamlayırdılar. Lakin indi bu aksessuar o qədər də aktual görünmür.

Dizaynerlər bu mövsüm irihəcmli boyunbağını yaylıqlarla dəyişməyi təklif edirlər.

Cəmi bir neçə mövsüm əvvəl çoxları elə zənn edirdi ki, yaylıq və ya bandana yalnız teatr kostyumunun bir hissəsi ola bilər. Lakin dəbpərəstlər məharətlə dəyişiklik edərək unudulmuş aksessuardan müxtəlif obrazlar yaratdılar.
Dəb ilahələri boyunlarının zərifliyini vurğulamaq üçün üstünlüyü kiçik kvadrat yaylıqlara verirlər. Bu cür yaylıqlardan bandana və ya baş örtüyü kimi də istifadə etmək mümkündür.
İpək yaylıqların ideal görünməsi üçün onun rəngi geyimlə ziddiyyət təşkil etməməlidir. Ancaq digər aksessuarlar, məsələn, çanta və ayaqqabı ilə səsləşən rəng tonları da seçə bilərsiniz.
Biz dəbi yaxından izləyən xanımlar üçün dünyanın dəb paytaxtı hesab olunan şəhərlərin küçələrindən bir neçə nümunə toplamışıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 8
Baxılıb: 3 126
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri