Qışın gəldiyi xəzlərdən bəlli olur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 431
Səs ver:
(səs: 5)
Süni xəzlər bu mövsüm populyarlığın zirvəsindədir. Birincisi ona görə ki, süni xəzi geyinəndə üzərində öldürülən hər hansı heyvanın qanı olduğunu düşünmürsən, ikincisi isə çox ucuzdur.

Çantalar
Xəz çantalar məhz ilin soyuq vaxtında aktuallaşır. Dəri, zamşa kimi materiallarla birlikdə maraqlı görünürlər. Bu yumşaq aksesssuar həm axşam, həm də gündəlik üçün idealdır. Dizaynerlər hətta ofis üçün münasib olan sanballı modellər təklif ediblər. Onları modelinin sadəliyi, rənginin neytrallığı və tüklərinin hamarlığı fərqləndirir.

Qorjet
İdeal qış obrazını tamamlamaq üçün paltonun üstündən qorjet (uzun xəz şərf) geyinin. Qorjet sizin üslubunuza uyğun olaraq özünəməxsusluğunu əks etdirməyə imkan verəcək. Yeri gəlmişkən onu da qeyd edək ki, kübar xanımlar, eləcə də, Hollivud gözəlləri axşam mərasimlərində libaslarını, adətən, qorjetlə vurğulayırlar. Diqqət mərkəzində olmaq istəyən gənc qızlar rəngarəng modellərə üstünlük verə bilər, konservativ tərəfdarları isə dərin çalarları seçə bilərlər.

Xəz papaqlar
Papaq qış obrazının əsas elementi sayılır. Moda evləri toxunma baş geyimlərindən, yun papaqlardan bezənlər üçün dəbilqə formasında xəz papaqlar təklif edirlər. Papaq taxmağı sevməyənlər isə qulaqcıq formasında aksessuarla qulaqlarını soyuğun təsirindən qoruya biləcək.

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 9
Baxılıb: 3 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri