Qışın sviter dəbi ilə yaxından tanış olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 5 816
Səs ver:
(səs: 5)
Payız-qış mövsümünün gəlməsi və yağmurlu hava şəraiti ilə əlaqədar olaraq, həm dəbli görünməyin, həm də soyuqdan qorunmağın müxtəlif yollarını düşünmək lazımdır.

Aydın məsələdir ki, qış aylarında trikotaj paltarlar dəbə minir. Xüsusən də, trikotaj vodolazka və toxunma sviterlər hər kəsin qarderobuna yol tapır. İldən-ilə bütün tanınmış dizaynerlər də canımızı isti saxlayan vodolazka və sviterlərin müxtəlif modelləri ilə bizi sevindirir.

Bol sviterlər
Boğazı böyük, həcmli və hörük şəklində toxunma sviterlər populyarlıq reytinqində qeyd-şərtsiz birinci yerdə dayanır. Bu mövsümün ən dəbli sviterləri, əsasən, budun ortasına qədər uzanır. Onu da qeyd edək ki, boğazı həcmli olan sviterlərlə şərf taxmaq məsləhət deyil. Bu sviterlərin boğaz hissəsi kifayət qədər böyük olduğuna görə, sizi soyuqdan qoruyacaq. Üstəlik, modelin özü də həcmli olduğu üçün bədən quruluşunda olan qüsurları gizlədib sahibinə xüsusi incəlik verir.

Mağazalarda bu cür sviterlər görəndə çoxlarında belə sual yaranır: Bu sviteri nə ilə geyinmək olar? Cavab veririk: O, həm dar cins, həm lasin, həm də qələm ətəklə yaxşı görünür. Bu cür modellər yerə qədər uzanan palto ilə əla qalır.

Dar sviterlər
Bu mövsüm dar sviterlərə də diqqət yetirmək lazımdır. Dar, qolu uzun, yaxa dekoltesi "V” şəklində olan sviterlər də həcmli vodolazkalar qədər aktualdır. Bu cür model incə beli vurğulamağa imkan verir. Bu sviter cins şalvar, qələm, kloş ətəklə ideal qalır.

Bax belə, əziz modapərəstlər, gördüyünüz kimi, payız-qış mövsümünün sviter dəbi soyuqdan qorumaqla yanaşı, həm də çox rəngarəng və gözəldirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 13
Baxılıb: 5 816
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri