Rus gözəllərinin ilhamverici qış stili

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 183
Səs ver:
(səs: 1)
Hər qadın gözəl, ən başlıcası isə, cəlbedici olmaq istəyir. İndi bu məqsədə çatmaq o qədər də çətin deyil! Gözəllik salonları, fitnes-klubların bolluğu baxımlı olmağa, milyonlarla ticarət mərkəzləri isə təkrarolunmaz obraz yaratmağa imkan verir. Bu yazıda biz mənfi 10 dərəcədə belə dəbli görünməyə nail olan rus gözəllərindən bəhs etmişik.
 
Seksual rus xanımlarının qış aylarında dəbli görünmək üçün hansı üsullara əl atdığını öyrənmək istəyirsinizsə, bu yazıya nəzər salın.
 
Hamıya məlumdur ki, Rusiyanın paytaxtında qış soyuq və şaxtalı keçir. Lakin bu fakt rus gözəllərinin qış obrazına qətiyyən təsir etmir. Qısa desək, rus gözəllərinin qızmar yaya həsrət qalması onlardan dəbə daha yaradıcı və pozitiv yanaşma tələb edir. Onların stilinə nəzər salsaq, dəqiq deyə bilərik ki, rus modapərəstləri Moskvaya da dəb paytaxtı statusu qazandırmaq niyyətindədir. Onlar bu yolda çox iddialıdır və heç də haqsız deyillər.
 
Bəs, rus modapərəstlərinin üslubunun xarakterik cəhətləri nələrdir?
 
Bakılı qızlardan fərqli olaraq, rus modapərəstləri bütün qışı qara rəngə bürünmürlər. Qara geyinsələr belə, obraza parlaq aksessuarlar əlavə edərək onu darıxdırıcı olmaqdan xilas edirlər. Rəngarəng geyinməyi bacaran rus qızları müxtəlif çalarların ahəngini də pozmamağa çalışırlar. Yadda saxlayın ki, parlaq çanta və şərf istənilən obrazı canlandıra bilər.
 
Sözsüz ki, cinslər hər qız üçün əvəzolunmazdır. Lakin rus qızlarının başqalarından əsas fərqi ondadır ki, onlar mənfi 13 dərəcədə belə ağ rəngli cins şalvar geyinməyə qorxmurlar. Ümumiyyətlə, rus qızları başdan ayağa ağappaq geyinməklə qarqız və ya qar kraliçası personajını təkrarlamağı çox xoşlayırlar.  
 
Rus xanımları gül-çiçək təsvirlərinə də laqeyd deyil. Çiçəklərin zərif ahəngi qalın qış geyimlərində həqiqətən də effektli görünür. Əgər siz də orijinallığa can atırsınızsa, onda çiçək naxışları və şəkilləri möhtəşəm ideyadır.
 
Yun, toxunma papaq və şərflər rus modapərəstləri arasında çox populyardır. Rus gözəlləri üçün papaqlar və həcmli şərflər onları soyuqdan qoruyan ən zəruri aksessuardır. Xüsusilə də, çılğınlıq nümayiş etdirmək istəyən və bol geyinməyi sevən xanımlar rəngbərəng papaqları ilə qışa meydan oxuyurlar. Həmçinin çalma və yaylıqlar vasitəsi ilə öz üzərində ərəb şahzadəsi obrazı uydurmağı da yaxşı bacarırlar.
 
Rusiyalı modapərəstlərin əsas xəzinəsi şübhəsiz ki, xəzlər və dərilərdir. Kürklər isə rus qızlarının qış geyimini rövnəqləndirən vacib detaldır. Əvvəllər xəzlərin ancaq açıq rəngləri dəbdəydisə, indi onların üslubunda xəzlərin parlaq rənglərini də müşahidə edə bilərik. Dərilərə gəldikdə, onlar rus gözəllərinin obrazına vəhşi seksuallıq bəxş edir.
 
İdman ayaqqabılarından heç cür imtina etmək mümkün deyil. Bu yazının qəhrəmanları isə idman ayaqqabılarını daha fərqli və müasir variantda geyinirlər. Belə ki, klassik uzun paltoların idman ayaqqabısı ilə vəhdəti onların ifasında qüsursuz alınır. Eksperimentlərin əleyhinə deyilsinizsə, o cümlədən, orijinal qış obrazları yaratmaq üçün ilham mənbəyi axtarırsınızsa, aşağıdakı fotoları vərəqləyin. Əminik ki, bu fotolar sizi də öz üslubunuzu yaratmağa ruhlandıracaq...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 183
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri