Zövqlü qadın olmağın 5 qaydası

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 3 884
Səs ver:
(səs: 2)
Moda ilə ayaqlaşmaq praktiki olaraq mümkün deyil, çünki hər yenii mövsüm özü ilə birlikdə onlarla yeni trend gətirir. Stil isə ölməzdir.
 
Qənaət etməyə dəyməz!
Elə geyimlər var ki, onlar istənilən dövrdə öz aktuallığını qoruyub saxlayır. Bunlara gecə tədbirləri üçün ayaqqabı, çanta, dəri gödəkcə, klassik biçimli yun palto daxildir. Qarderobun bu elementlərinin həmişə  populyar olduğunu nəzərə alaraq, qənaət etməmək və onlara cəsarətlə pul xərcləmək olar. Məsələn, yaxşı və bahalı ayaqqabı sizin üçün əsl tapıntıdır, ona çox pul xərcləməklə lap on il də geyinmək imkanı əldə edəcəksiniz.
 
Bilmək müsbət haldır, almaq isə vacib deyil!
Bu mövsüm hansı ətəklərin populyarlıq zirvəsində olduğunu bilmək üstünlükdür. Amma bu, qətiyyən o demək deyil ki, hər xanımın belə yubkası olmalıdır! Trendlərlə yalnız o halda ayaqlaşmaq olar ki, o sizə yaraşsın.
 
Üç qüvvə
Elə günlər olur ki, yaxşı geyinməyə heç həvəsimiz olmur. Belə hallar üçün əlinizin altında əvvəlcədən düşünülmüş üç baza geyimi olmalıdır. Məsələn: bluz və ya sviter, şalvar və üst geyim. Bu zaman dəb tendensiyalarının heç bir əhəmiyyəti qalmır. Siz belə paltarda həmişə əla görünəcəksiniz!
 
Variantlar çoxdur
Alış-veriş zamanı seçim qarşısında qalmaq normal haldır. Lakin çeşidləri görüb özünüzü itirməyin. Bu zaman bəyəndiyiniz hər hansı geyimi, ayaqqabı və çantanı 3 ayrı-ayrı dəst ilə uzlaşdırmağın mümkünlüyünə diqqət edin. Sadə dillə desək, siz sviter almağa gedəndə onun həm klassik şalvar, həm yubka, həm də cinslə uyğun gələninə üstünlük verin.

Qarderobunuzdan maksimum faydalanın!
Çoxları elə düşünür ki, onlar bazar ertəsi işə ağ köynəkdə gəliblərsə, onda çərşənbə axşamı mütləq başqa bir köynək geyinmək lazımdır! Bu qaydalarla ruhunuzu yormayın. Biz əminliklə bildiririk ki, qarderobun bəzi baza geyimlərindən maksimum yararlanmaq biabırçılıq deyil. Ağ futbolka şalvarlarla və pencəklə yaxşı görünür, axşam isə onu cinslə birləşdirib gəzintiyə rahat gedə bilərsiniz.

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri