Tənbəl qızlar üçün saçaqlı cins dəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 5214
Səs ver:
(səs: 2)
Cırıq cinslər uzun müddətdir ki, ən sevilən dəb trendləri sırasında yer alır.
 
Köhnəlmiş cinslər yenə də baharın trendlərindən biri olacaq. Digər cinslərdən fərqli olaraq, dizaynerlər  bu mövsüm cinslərin balaqlarını tikməyə ehtiyac görməyiblər. Onların orijinallığı da elə bundadır.
 
Balağı saçaqlı cinslər xüsusilə tənbəl qızların ürəyincə olacaq.  Məsələn, şalvar əyninizə uzundursa, bunun üçün dərziyə getməli olmayacaqsınız. Çünki indi cins şalvarlarda düşünülmüş səliqəsizlik dəbdədir.
 
Qeyd etmək lazımdır ki, bu dəblə ayaqlaşmaq üçün mağazadan yeni cins almağa ehtiyac yoxdur. Belə ki, köhnə cins şalvarın balağını kəsib saçaqlarını çıxara bilərsiniz.
 
Bu cins dəbi artıq bir çox stil ikonalarının da qarderobuna yol tapıb. İddialı saçaqlı cins şalvar dəbinə aid bir neçə nümunə toplamışıq.

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 11
Baxılıb: 5214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri