Zınqırov qollu bluzlarınızla dəblə ayaqlaşın – trend

Şərhlər: 8
Baxılıb: 5 008
Səs ver:
(səs: 4)
Keçən il 70-ci illərin olduqca cəsur və bəzəkli geyimləri tərzimizə bohem havası qatdı. Əsasən qolları zınqırovu xatırladan bu geyimlər bluz şəklində dəbdə idi. 2016 dəbində isə yenidən kiçik dəyişilliklərlə çox trend olacaq. Buna görə də zınqırov qollu bluzlar necə geyinilir və nə ilə dəstləşdirilməlidir mövzusunda sizə bəzi dəbli ipucları veririk. Çünki bu cür bluzları geyinmək, onu düzgün kombinləmək bir az çətindir. Zınqırov qollu bluzları elə kombinləmək lazımdır ki, göz yorulmasın. Onlar klassik köynək olaraq geyinilə bilər, uzun və qısa qol olanları isə düzgün geyimlərlə kombinlənməlidir.
Keçək zınqırov qollu bluzları nə ilə və necə geyinmək lazımdır məsələsinə.

Qələm ətəklərlə
Gündəlik ofis geyimlərinizi daha da tərzli etmək istəyirsinizsə dar qələm ətəklərinizlə geniş zınqırov qollu bluzlarınızı dəstləşdirin. Nəticədə daha fərqli olacaqsınız və sıxıcı təsir bağışlayan iş tərzinizdən uzaqlaşacaqsınız. Qollar hərəkətli və geniş olduğundan aşağı hissə dar geyinilsə daha yaxşı olar və tərz sahibi olmağınızdan xəbər verər. Ətəyinizin içinə də sala bilər və ya eləcə üzərinə ataraq da geyinə bilərsiniz.

Skinny şalvarlarla
Dar skinny şalvarlarla zınqırov qollu bluzlar "cool” görüntü yaradır. Kətan parçalardan olan bu cür bluzların yay aylarında bej və ağ rənglərindən, printli və naxışlı alternativlərindən yararlana bilərsiniz. 

Monoxrom kombinlərdə
Alt hissədə geyindiyiniz geyimi qara rəngdə seçə bilərsiniz və üzərinə də ağ rəngli zınqırov qollu bluzunuzu geyinsəniz onu monoxrom kombin etmiş olarsınız, həm də dəblə ayaqlaşarsınız. 

Zınqırov qollu bluzlar üçün dəbli ipucları
Əgər zınqırov qollu bluzlarınızla gündəlik "look” yaratmaq istəsəniz  çalışın ki, daha bəzəkli və naxışlı, rahat boho tərzli geniş bluzlar seçin. Bu cür bluzlarla siz sadə cins və ya boyfriend şalvarlarınızı cütləşdirə bilərsiniz. Beləliklə, həm tərzli görünəcəksiniz, həm də ki, dəbə uyğun alternativiniz olacaq.

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 8
Baxılıb: 5 008
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri