Qadınlar neçə yaşında gözəl geyinməyi öyrənir?

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 4 501
Səs ver:
(səs: 2)
İngiltərədə aparılan araşdırmanın nəticələrinə görə, qadınlar öz geyim tərzini 30 yaşında tapır.
30 yaşına qədər qadınlar bir çox yenilikləri sınaqdan keçirməyə üstünlük verir. Gənclik illərində demək olar ki, hər mövsüm dizaynerlər tərəfindən təklif olunan dəb cərəyanlarını təqib etməyə çalışan və iddialı geyinən qadınlar 30 yaşına çatanda   geyim tərzində ciddi dəyişiklik etməyə qərar verir. Qadınlar məhz bu yaşda artıq özünə nəyin yaraşmadığını müəyyən edə bilir. Qısa desək, qadının zövq duyumu məhz bu yaşda kamillik zirvəsinə çatır.
 
2 min nəfərin iştirak etdiyi araşdırmanın nəticələrinə görə, 30 yaşlı qadının qarderobunda məşhur moda evindən alınan ən az yeddi paltarı olur. Həmçinin "Telegraph” qəzetində yer alan xəbərə görə, 30 yaşında qadının ən az 24 ləl-cavahiri olur. Bundan əlavə, 30 yaşına çatmış qadınlar geyim məsələsində daha qənaətcil davranmağa başlayır, qarderobundakı geyimləri daha səmərəli geyinir, alış-verişi də endirim vaxtı edir.
 
Araşdırmada o da məlum olub ki, kişilərin zövq duyumu 36 yaşında kamilləşir.

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri