Trençkot
bahar aylarının ən sevilən geyimlərindəndir. Həm gündəlik, həm də şıq
geyimlərlə uyğunlaşan trençkot mütləq bahar qarderobunda yer almalıdır.
Trençkot
hər geyim tərzi ilə yaraşır. Üstəlik, bu il klassik trençkot modelləri
ilə yanaşı, ilan dərisi və leopard naxışlı olanlar da dəb olacaq.
Trençkot
alarkən bir-iki nüansa diqqət etmək lazımdır. Məsələn, bir trençkotu
müxtəlif geyimlərlə uyğunlaşdırmağı planlaşdırırsınızsa, kəmərli
modellərə üstünlük verməlisiniz. Bu cür trençkotu cinslə, qələm
ətəklərlə, hətta idman ayaqqabısı ilə də geyinmək olar.
Qısa boylular beldən olan qısa trençkotlara üstünlük verməlidir. Uzun boylular isə istədikləri modeli seçə bilərlər.
Kök
görünməkdən ehtiyat edənlər dik yaxalı, düyməli modellərdən seçməlidir.
Belə trençkot sizi olduğunuzdan daha incə göstərəcək.