Qara taytı hər şeylə necə geyinməli

Şərhlər: 4
Baxılıb: 4 460
Səs ver:
(səs: 2)
Qara rəng neytral rəng olduğundan istənilən çaları və geyimi tamamlayır. Qışda da insanlar, xüsusilə də biz qadınlar qara rəngə daha çox üstünlük veririk. Amma bəzən başdan-ayağa qaralıq cansıxıcı olur. Bu monotonluqdan yaxa qurtarıb sadəcə qaranı taytda istifadə etməyə nə deyirsən? Elə isə Qadınlar.biz  təqdim edən fikirləri və nümunələri dəyərləndirə bilərsən.
Qara tayt həmişə şıqdır. Elə buna görə də, dəb və funksiyası arasında ideal balans yaradır. Onlar istilik verməklə yanaşı hündür bot və ya 2015-2016 payız/qış dəbinə uyğun olaraq burnuaçıq ayaqqabılarla gözəl kombin də yaradır. Taytlar adətən bizi şıq göstərərək uşaq kimi görünməyimizin qarşısını alır. Amma təbii ki, onu düzgün kombin etmədikdə gülünc görsənməyimiz də qaçınılmaz haldır. 
Qara tayt adətən şortla kombin edilir. Onları idman tərzində ayaqqabı tamamladıqda isə ortaya idman tərzi ilə yanaşı feminəl xoş görüntü də çıxır. Amma əksəriyyətimiz əlavə ekstravaqant tərz yaratmaq əvəzinə sadə bir qara paltar və ya ətəklə kombinləyib çıxırıq. Bu isə yuxarıda qeyd etdiyimiz kimi bezdirici görünər. Məhz bu yazı sənin üçündür ki, qara taytını hər şeylə kombinləyib tərz görünəsən.

Ağ-qara uyumu
Qara-ağ uyumlu mini paltar ilə 2015-2016 payız/qış dəbinə uyğun hündür platformalı burnuaçıq ayaqqabı ilə xüsusilə əla görünür.


Baby blue
Pastel çalarlarında palto, güllü paltar, hörmə papaq və qara tayt – artıq sən küçədə parlaq ulduzsan.


Mən idmançıyam
Özünü cəsarətli hesab edirsənsə o zaman qara taytının üstündən idman tərzli yarım corab, rahatlıq üçün denim paltar və casual tərzini tamamlamaq üçün dəri gödəkcə bəs edir.


Qatlı ətək
Zərif qatlı ətəklə nubby tüvit və qara tayt ilə qışa damğanı vura bilərsən.


Denim tayt uyumu
Küçəyə fərqli və şıq tərzdə çıxmaq istəyirsənsə seçimini casual tərzli ətək, kaşmir hörgülü sviter, ankle çəkmə və  pointelle taytdan yana etsən uğurlu olarsan.


Xəttli hiylə
Torpaq çalarlarında sviter və paltonu şıq qara taytla uyğunlaşdırıb, kombinini rəngli xəttli ətəklə tamamlayıb soyuq havaya istilik qata bilərsən.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri