Retro
üslubunun qayıdışı nə modapərəstlər, nə də dizaynerlər üçün sürpriz
olmadı. Retrosayağı, çox geniş yubkalar və donlar podiumları yenidən
işğal edib. Müasir qadın qarderobunu ətəklər olmadan təsəvvür etmək
çətindir. Yazın gəlişi münasibəti ilə hər bir qız qarderobuna yeni klyoş
donlar və yubkalar əlavə edir. Biz onları həm ofisə, həm romantik
görüş, həm həftəsonu gəzintilərə, həm də müxtəlif tədbirlərə gedəndə
böyük məmnuniyyətlə geyinirik.
klyoş
yubkalar 2016-ci ilin ən dəbli və ən seksual trendi hesab edilir. Klyoş
fransız sözü olub, tərcümədə zınqırov deməkdir. Bu tərz yubkalar
müxtəlif ola bilər, lakin onların midi variantı hazırda daha aktualdır.
Klyoş yubkalar küləkli havada sizə tabe olmaya bilər, lakin obrazın
romantik alınmasından şübhə etməyə bilərsiniz. Hər halda üzərinizdə
vəcdə gəlmiş kişi baxışlarını dəqiq hiss edəcəksiniz. Bu model çox
incədir, deməli, kişi fantaziyasını işə salıb onu daha çox
həyəcanlandırır. Belə mürəkkəb fason əlavə detallar tələb etmir və qadın
bədən quruluşunu valehedici göstərmək kimi vacib məsələnin öhdəsindən
özü çox gözəl gəlir. Klyoş yubkaların daha bir üstünlüyü öz
populyarlığını heç vaxt itirməməsidir. Onlar modapərəstliyə iddialı olan
hər bir xanım qarderobunda çoxdan öz yerini möhkəmlədib.
Əgər
əvvəllər ətəkləri ancaq klassik ayaqqabı ilə geyinməyə icazə
verilirdisə, indi stilistlər onu müxtəlif ayaqqabı modelləri ilə
birləşdirməyi təklif edirlər. Bu da o deməkdir ki, klyoş yubkaları hətta
idman ayaqqabıları ilə asanlıqla uyğunlaşdırmağa haqqınız var.