Hər
qadın gözəl, ən başlıcası isə, cəlbedici olmaq istəyir. İndi bu məqsədə
çatmaq o qədər də çətin deyil! Gözəllik salonları,
fitnes-klubların bolluğu baxımlı olmağa, milyonlarla ticarət mərkəzləri
isə təkrarolunmaz obraz yaratmağa imkan verir. Bu yazıda biz mənfi 10
dərəcədə belə dəbli görünməyə nail olan rus gözəllərindən bəhs etmişik.
Seksual
rus xanımlarının qış aylarında dəbli görünmək üçün hansı üsullara əl
atdığını öyrənmək istəyirsinizsə, bu yazıya nəzər salın.
Hamıya
məlumdur ki, Rusiyanın paytaxtında qış soyuq və şaxtalı keçir. Lakin bu
fakt rus gözəllərinin qış obrazına qətiyyən təsir etmir. Qısa desək, rus
gözəllərinin qızmar yaya həsrət qalması onlardan dəbə daha yaradıcı və
pozitiv yanaşma tələb edir. Onların stilinə nəzər salsaq, dəqiq deyə
bilərik ki, rus modapərəstləri Moskvaya da dəb
paytaxtı statusu qazandırmaq niyyətindədir. Onlar bu yolda çox
iddialıdır və heç də haqsız deyillər.
Bəs, rus modapərəstlərinin üslubunun xarakterik cəhətləri nələrdir?
Bakılı
qızlardan fərqli olaraq, rus modapərəstləri bütün qışı qara rəngə
bürünmürlər. Qara geyinsələr belə, obraza parlaq aksessuarlar əlavə
edərək onu darıxdırıcı olmaqdan xilas edirlər. Rəngarəng geyinməyi
bacaran rus qızları müxtəlif çalarların ahəngini də pozmamağa
çalışırlar. Yadda saxlayın ki, parlaq çanta və şərf istənilən obrazı
canlandıra bilər.
Sözsüz
ki, cinslər hər qız üçün əvəzolunmazdır. Lakin rus qızlarının
başqalarından əsas fərqi ondadır ki, onlar mənfi 13 dərəcədə belə ağ
rəngli cins şalvar geyinməyə qorxmurlar. Ümumiyyətlə, rus qızları başdan
ayağa ağappaq geyinməklə qarqız və ya qar kraliçası personajını
təkrarlamağı çox xoşlayırlar.
Rus
xanımları gül-çiçək təsvirlərinə də laqeyd deyil. Çiçəklərin zərif
ahəngi qalın qış geyimlərində həqiqətən də effektli görünür. Əgər siz də
orijinallığa can atırsınızsa, onda çiçək naxışları və şəkilləri
möhtəşəm ideyadır.
Yun,
toxunma papaq və şərflər rus modapərəstləri arasında çox populyardır.
Rus gözəlləri üçün papaqlar və həcmli şərflər onları soyuqdan qoruyan ən
zəruri aksessuardır. Xüsusilə də, çılğınlıq nümayiş etdirmək istəyən və
bol geyinməyi sevən xanımlar rəngbərəng papaqları ilə qışa meydan
oxuyurlar. Həmçinin çalma və yaylıqlar vasitəsi ilə öz üzərində ərəb
şahzadəsi obrazı uydurmağı da yaxşı bacarırlar.
Rusiyalı
modapərəstlərin əsas xəzinəsi şübhəsiz ki, xəzlər və dərilərdir.
Kürklər isə rus qızlarının qış geyimini rövnəqləndirən vacib detaldır.
Əvvəllər xəzlərin ancaq açıq rəngləri dəbdəydisə, indi onların üslubunda
xəzlərin parlaq rənglərini də müşahidə edə bilərik. Dərilərə gəldikdə,
onlar rus gözəllərinin obrazına vəhşi seksuallıq bəxş edir.
İdman
ayaqqabılarından heç cür imtina etmək mümkün deyil. Bu yazının
qəhrəmanları isə idman ayaqqabılarını daha fərqli və müasir variantda
geyinirlər. Belə ki, klassik uzun paltoların idman ayaqqabısı ilə
vəhdəti onların ifasında qüsursuz alınır. Eksperimentlərin əleyhinə
deyilsinizsə, o cümlədən, orijinal qış obrazları yaratmaq üçün ilham
mənbəyi axtarırsınızsa, aşağıdakı fotoları vərəqləyin. Əminik ki, bu
fotolar sizi də öz üslubunuzu yaratmağa ruhlandıracaq...