Paris moda həftəsi çərçivəsində "Valentino”-nun yeni kolleksiyası nümayiş olunub.
Kolleksiyadakı geyimlər əsasən, qara rəngə olub. Qara hakimiyyəti öz əlinə alsa da, qırmızı ilə qızılı kolleksiyasının soyuq və darıxdırıcı olmaqdan xilas edib. Kolleksiya Roma imperiyasına həsr olunub. Kolleksiya ümumilikdə yunan və Roma ilahələrini xatırladır. Modellərin saçlarını isə maraqlı saç aksessuarları bəzəyir.
Paris dəb həftəsinin sonuncu günündə baş tutan nümayiş qonaqların təəccübləndirib. "Valentino” dəb həftəsinə öz damğasını vurub.