Qadın zərifliyini vurğulayan qara don dəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 7 657
Səs ver:
(səs: 2)
Dəbdə heç nə əbədi deyil. Lakin elə geyimlər var ki, onlar hər mövsüm aktualdır və bir qadının qarderobunda mütləq olmalıdır. Məsələn, ixtirası Koko Şanelə aid olan qara don kimi...

Koko Şanel 1919-cu ildə avtomobil qəzasında həlak olan sevgilisi Artur Keypelin rəsmi arvadı olmadığı üçün matəm paltarı geyinə bilməzdi. Bütün günlərini ağlamaqla keçirən Şanel matəm içində olduğunu bildirmək göstərmək üçün özünə qara parçadan don tikir. Bəziləri söyləyirdilər ki, dəbə ona görə qara rəngi gətirdi ki, bütün fransız qadınları onun həlak olan sevgilisinə yas saxlasınlar. Əsas səbəb isə yuxarıda dediyimiz kimi Şanelin yas saxlamağa hüquqi icazəsinin olmaması idi. Əgər bu hadisə baş verməsəydi, bəlkə də onun qara parça ilə məşhur eksperimentləri baş tutmazdı.

Kokonun qara donu fransız və ingilis xanımlarının da diqqətini çəkdi.  Beləcə sifarişlər artdıqca, indi bütün xanımların qarderobunda əsas yer tutan qara don dəbə minir. Koko Şanelin sayəsində qara rəngli paltarlar matəm rəngi olmaqdan çıxaraq, çox mədəni və şıq geyimə çevrildi. İlk baxışdan darıxdırıcı və sadə görünən məşhur balaca qara paltarı sayəsində dünya şöhrəti qazanan Koko öz nadir tapıntısını zəriflik, yüksək zövq və incəlik simvoluna çevirdi.

Məlum məsələdir ki, qara rəng insanı arıq göstərir. Buna görə də, qara don hər bir qadın üçün "universal qoruyucudur”. Çünki qara don qüsursuz zəriflik əldə etməyə imkan verir. Üstəlik, onu istənilən məkana uyğun olaraq müxtəlif üslublarda geyinmək olar.Qadınlar.biz-ın dəb bölməsi xəbər verir ki, qara don hər zaman olduğu kimi gələn mövsüm də aktual olacaq.

Dizaynerlər bu il də podiumda qara donlarını nümayiş etdiriblər.  2015 və 2016-cı il üçün moda evləri qara donun daha zərif fasonlarını tamamilə yeni materiallarda təklif ediblər: qısa və uzun, gündəlik və gecə.

Hər bir dizayner öz zövqünə uyğun olaraq belin incəliyini və sinələri vurğulayan çoxsaylı siluetlər hazırlayıblar. Və bunun sayəsində hər kəs öz bədən quruluşunu ideal bəzəyən modeli asanlıqla tapa biləcək.

Biz hamımız tez-tez eişidirik ki, qara don bütün qadınların qarderobunda mütləq olmalıdır. Bəs, bu qara donu necə və nə ilə geyinməli?

Bu donu gözəgəlimli ayaqqabı və çanta ilə uzlaşdıraraq daha qəşəng tərz yaratmaq öz əlinizdədir. Yeri gəlmişkən, bu rəng əsrlər boyu bəzəklər üçün ən yaxşı fon sayılıb. İstər bijuteriya, istərsə də, bahalı, eksklüziv  zinət əşyaları qara donla çox gözəl görünəcək.

 

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 8
Baxılıb: 7 657
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri