Münasibətdə ayrılığa səbəb olan 10 davranış

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 5829
Səs ver:
(səs: 0)
Ayrılıqla bitən hər münasibətdə, ayrılığı gərəkdirən bəzi məntiqli səbəblər olur. Bunlar, sevginin bitməsi, həyəcanın qalmaması, aldatma və ya başqa birinə aşiq olmaq ola bilər, amma bunlardan fərqli olaraq, bilinməyən səbəblərdən dolayı münasibətlər bitə bilir. Bəzi insanların tez-tez ayrılıq yaşamasına səbəb olan 10 davranış.

Sabit fikirli olmaq.
Sabit fikirli olmaq, sadəcə normal həyatda deyil, münasibətdə də işləri çətinləşdirir. Sabit fikir ikili münasibətlərdə istənməyən vəziyyətə gətirib çıxarır. Belə insanlar münasibətlərdə çətinik çəkir və öz bildiklərini etdiklərindən, həqiqətləri görə bilmirlər.

Sevgisini ifadə etməkdə çətinlik çəkirlər
Sevginizi etiraf edəcəyiniz zaman boğazınızın düyünlənməsi təbiidir. Dürüst olmağı qəbul edin. Kimisə sevirsinizsə və bu sizi çarəsiz də hiss etdirsə, duyğularınızı sərbəst buraxın. Sevginizi olduğu kimi ifadə etməyə çalışın.

Sevgi üçün çalışmamaq.
Sevginin insandakı təsiri hormonaldır, sizə başlanğıc üçün itələmə gücü verir. Çox insan eşqə düşür və çox keçmədən də yavaş-yavaş yox olduğunu deyər. Amma eşq heç vaxt silinmir, təsirini itirməyən bir duyğudur. Əgər eşqiniz üçün çalışsanız, qarşılığını görəcəksiniz.

Mənliklərini idarə edə bilməzlər
Aşiq olunan zaman edilən ən böyük səhvlərdən biri eqonun sərhədlərini geniş tutmaqdır. Bəzən itirmək və qazanmaq mənasına gəlsə də, mübahisələrin nəticəsi partnyorunuzun iradəsində gerçəkləşə bilər. Buna görə də mənliyinizi itirməyin.

Partnyorlarını dəyişdirməyə çalışarlar
Bəzən dəyişim qaçınılmaz ola bilər, amma bunu zorla əldə etməyə çalışmayın. Vaxt verin, amma partnyorunuzu dəyişməyini gözləməyin. Əgər sevirsinizsə, onu olduğu kimi qəbul etmisiniz deməkdir. Dəyişməyini gözləməyə başladığınız anda özünüz analiz edin. Onun mükəmməl olmasını gözləməyin.

Boş qəlblərini doldurmağa çalışırlar.
İlk olaraq özünüzü sevməli, sonra sevgini paylaşmağı öyrənməlisiniz. Boş qəlblər həsrət dolu və şərtlidir, dolu qəlblər isə tam və şərtsiz.

Sevgi ilə mərhəməti qarışdırırlar.
Duyğusal olmaq eyni zamanda həm güclük, həm də zəiflikdir. Kimsə gəlib, özünə aid acıqlı bir hekayə danışsa, üzülməyə meyilli oluruq. Qarşınızdakı bu insanı sevə bilərsiniz, amma duyğularınızdan tam əmin olun. Mərhəmət və sevgi fərqli duyğulardır.

Sevgilərini sübut etməyə çalışırlar.
Mücərrəd bir şeyi sübut edı bilməzsiniz. Çox insan ümidsizcə, dəlisov və dərindən aşiq olduğunu sübut etməyə çalışır. Bu özünüzü çətinə salmaqdan başqa bir işə yaramaz. Eşq sübuta ehtiyac duyulan bir şey deyil. Sübut edilməz, hiss edilər.

Eşqi qovalamaq
Qarşılıqlı deyilsə, eşq deyil. Qovalamağı və manipulyasiyanı kəsin. O qarşınıza birdən çıxacaq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5829
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri