Sevirem,yoxsa sevmirəm?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 790
Səs ver:
(səs: 2)
Sevirəm, yoxsa sevmirəm? Yəqin ki, bu suala cavab axtaranlar heç də az deyil. Çünki hiss etdiklərini aydınlaşdırmaq istəyi hər kəsin ürəyindən keçir. Xüsusilə də sevgini ilk dəfə yaşayanlar nəyin baş verdiyini anlamaq üçün bu sual barəsində çox düşünürlər. Elə isə bu yazıda sevib-sevmədiyinizi aydınlaşdırmaq üçün bir sıra məqamları qeyd edəcəyik. Siz də oxşar hissləri keçirirsinizsə, deməli sevirsiniz.

Gözlərinizdə parıltını, üzünüzdə təbəssüm hiss olunur. Bu dəyişikliyi nəinki digərləri, hətta özünüz də güzgüyə baxarkən görürsünüz. Üstəlik ürəyiniz qəribə bir sevinclə döyünür. Yaşamaq üçün çoxlu səbəblərin olduğunu fikirləşir, hər şeydə bir gözəllik axtarıb, hər kəsə optimist şəkildə yanaşırsınız.

Səhər gözlərinizi açan kimi ilk olaraq ağlınıza o gəlir. Üstəlik onunla bağlı fikirlər bütün gün beyninizi məşğul edir. Sizə yazdığı mesajı oxuyarkən və ya sizinlə danışarkən üzünüzdə xoşagələn təbəssüm yaranır. İçinizi qəribə həyəcan bürüyür. Bu həyəcan onu görərkən daha da artır. Ürəyiniz yerindən çıxacaq kimi döyünür, əlləriniz titrəyir. Bütün bu həyəcanlara baxmayaraq onunla bir yerdə olarkən vaxtın necə keçdiyini hiss etmirsiniz. Zamanın dayanmasını, birlikdə yaşadığınız anların heç bitməməsini istəyirsiniz. Onun xoş bir sözü, xoş bir hərəkəti sizi xoşbəxt etməyə bəs edir.

Telefonunuza edilən hər zəngin ondan gəldiyini düşünüb, cavab verməyə tələsirsiniz. Zəng etməyəndə narahat olur, cavab bir az gec gələndə əsəbləşirsiniz. Çünki başına nəsə gələcəyindən qorxub, narahatlıq keçirirsiniz. Bəzən də darıxırsınız. Adi bir bəhanə ilə sadəcə səsini eşitmək üçün zəng etdiyiniz vaxtlar da olur. Yaşadığı yerdə olmayanda, sanki sizdən çox uzaqlardaymış kimi hiss edirsiniz. İçinizi dözülməz bir həsrət basır.

Əhvalının pis olduğunu hiss edəndə sizin də kefiniz pozulur. Amma buna baxmayaraq onu güldürmək üçün əlinizdən gələni edirsiniz. Özünüzü pis hiss edəndə, heç kimlə danışmaq istəməyəndə sadəcə onun yanınızda olmasını istəyirsiniz. Bir az dara düşən kimi kömək üçün ağlınıza gələn ilk insan da o olur. Onun xətrinə dəyəndə özünüzə yer tapmırsınız. Sanki nəfəsiniz kəsilir. Aranızdakı bu soyuqluğu götürüb, onunla danışıb, barışmaq üçün bəhanələr axtarırsınız.

Mahnılar da sanki sizin üçün yazılmış olur. Dinlədiyiniz hər mahnıda onu axtarıb, tapırsınız. Bəzən onunla keçirəcəyiniz günlərin xəyallarına dalıb, mahnı dinlədiyinizi belə unudursunuz.
Münasibətinizə maneə olan bütün problemlərə qalib gələcəyinizə inanırsınız. Bütün imkansızlıqlara rəğmən ürəyiniz hey bir ümidlə döyünür. Hər nə olursa olsun, onunla ömrünüzün sonuna qədər yaşayacağınıza əmin olursunuz. Gələcəyə dair planların əsas hissəsi də onunla əlaqədar olur. Hələ evlənmədən uşaq adlarından danışmağa başlayırsınız.

Hər zaman onun üçün nəsə maraqlı sürprizlər hazırlamağa çalışırsınız. Eyni zamanda sizə sürprizlər etməsini istəyirsiniz.

Beləliklə, bütün bu qeyd olunanlar sizin hazırda yaşadıqlarınızla və ya gələcəkdə yaşacaqlarınızla üst-üstə düşürsə, deməli sevirsiniz. Amma unutmayın ki, sevgi anlaşılması çətin olan duyğu deyil. Sadəcə ürəyinizin səsini dinləyin. O sizə sevib-sevmədiyinizi tam dəqiqliklə söyləcəkdir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri