Dünya xalqlarının qaşları qaşlarla bağlı qeyri adət adətləri

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 4 139
Səs ver:
(səs: 0)
Müasir qızlar qalın və müxtəlif formalı qaşlara üstünlük verirlər.
Bunun üçün onlar hər cür məhrumiyyətlərə, qurbanlara getməyə hazırdırlar.Məhz qaş trendinin önəminin artmasına görə, son illər vizajistlər fərqli qaş formaları və görüntüləri əldə etmək üçün qara karandaşdan tutmuş fındıq yağına, tatuaj və mikrobleydinqə qədər geniş arsenaldan istifadə edirlər.Qadınıa.Com dünya xalqlarında qaşlarla bağlı tarixdə mövcudolan qeyri-adi adətləri təqdim edir.

Qədim Misir
Qədim Misirdə qadın gözəlliyi üçün qaşlara qara sürmə çəkilirdi. Bu sürmə müalicə xüsusiyyətlərinə malik idi və gözləri bakteriyalardan, qıcıqlanmadan qoruyurdu. Məhz bu səbəbdən Qədim Misirdə kişilər də gözlərinə sürmə çəkirdilər.Hesab olunurdu ki, uzun qaşlar Baş Allah sayılan Qora hörmət əlamətidir və insanları şər-xatadan qoruyur.
Qədim yunan tarixçisi Heredotun fikrincə, misirlilərdə pişiklə bağlı maraqlı adətlər mövcud idi. Belə ki, evlərinə pişikləri ölənmisirlilər ailəlikcə qaşlarını qırxırdılar.

Qədim Yunanıstan
Qədim Yunanıstanda qara qaşlı gözəllər populyar deyildi. Lakin bəzi tarixçilər açıq rəngli qaşların qadının həyat qadını olmasından xəbər verdiyini iddia edir. Burun körpüsü üzərində qaşların olması yüksək qiymətləndirildiyi üçün subay qızlar qaş tüklərini keçi südü və qara məhlulun qarışığından olan xüsusi rəngə boyayırdılar. Evli qadınlar üçün qaşlarını rəngləmək mənfi hal kimi dəyərləndirilirdi.

Qədim Çin
Çində ideal qadın qaşının forması ciddi mübahisələr doğururdu. Bəzi sülalələr uzun və nazik, digərləri isə qalın və enli qaşlara üstünlük verirdilər. Məsələn, Xan sülaləsinin hakimiyyəti dövründə imperatorun qarşısına çıxacaq qadınlar qaşlarını göy-yaşıl rənglərə boyamalı idi.Bu rəngi o dövrlər üçün çox baha olan farsların indiqo boyası sayəsində əldə edirdilər və qadının yüksək təbəqəyə mənsubluğunu göstərirdi. Bəzi çinli döyüşçülər isə qaşlarını rəngləyirdilər ki, düşmənin canına vəlvələ sala bilsinlər.Si və Lyan sülalələrinin hakimiyyəti dövründə isə qaşlar gicgaha qədər uzadılaraq kəpənəyi xatırladırdı. Lakin sonralar Çin qadınları yenidən qısa və qalın qaş formasına üstünlük verməyə başladılar.

Qədim İran
Qədim iranlıların da gözəllik idealı fərqli idi. Bu gözəllik idealı bədii əsərlərdə, rəsmlərdə əbədiləşdirilirdi. Qadın gözəlliyinin zirvəsi bu idi: “Yanaqları nar rəngində, gözləri badam formasında, dodaqları mərcan kimi qırmızı, qaşları maili və dişləri isə ağappaq olmalıdır”.Amma reallıq bir qədər başqa idi. Belə ki, nikahdan dərhal sonra xüsusi ip vasitəsilə gəlinin bütün tükləri, o cümlədən qaşları çıxarılırdı. Bu qəribə adət iranlı qadının yetkinlik yaşına çatmasının göstəricisi idi. Lakin Qacarlar dövründə qadın gözəlliyinə qarşı tələbələr dəyişdirildi. Belə ki, artıqqadınlar qalın qaş və nazik bığ saxlaya bilərdi.

Qədim Yaponiya
Yaponiyada gözəllik simvolu özünəməxsusluğu ilə seçilirdi. Yaponlarda ağımtıl üz və qara qaşlar əsas meyar idi. Heyan imperiyası dövründə qızlar üzlərini ağ məhlulla ağardırdı, dodaqlarına qırmızı boya çəkir,qaşlarını isə qırxaraq, alınlarında qara rəngdə yeni qaş çəkirdilər. Yaponiyada “şinuazri” adlandırılan bu şərq gözəllik stili daha heç yerdə populyarlıq qazanmamışdı.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 139
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri