Qızlar evlənməzdən əvvəl 100 kilo olmalıdır! - Qəribə toy adətləri

Müəllif: Onun_Mələyi
Şərhlər: 11
Baxılıb: 3 316
Səs ver:
(səs: 0)
Evlilik sevən cütlüklərin ən ümdə arzusudur desək, yəqin ki, yanılmarıq. Amma bəzi ölkələrdə evliliklə bağlı elə adətlər var ki, gənclər toy etməkdən imtina etmək dərəcəsinə çatırlar. Qadınla.com maraqlı və qəribə toy adətlərini diqqətinizə çatdırır.

Hindistan
Hindistanda gəlin və bəy üçün müqəddəs ocaq qalanır və ətrafına döşəkcə qoyulur. Bu ocağın başına 4 dəfə fırlandıqdan sonra döşəkcəyə ilk öncə kim oturarsa, evdə onun sözünün keçəcəyinə inanılır.

Şimali Koreya
Şimali Koreyada evlənərkən qaz və ördək əhəmiyyətli bir vasitədir. Qədimdə bəylər arxalarına qaz bağlayaraq at üzərində gəlinin evinə gedirlərmiş. İndi isə ördəyi simvolik, taxta ördək olaraq istifadə edirlər. Evlənməzdən qabaq gəlinin evinə taxta ördək yerləşdirilir. Cütlük taxta ördəyi tərs olaraq qoyarsa dava etdikləri, düz formada qalarsa yaxşı anlaşdıqları anlamına gəlir

Vikinqlər
Vikinqlər dövründə gəlinlər açıq satışa çıxarılırdı. Bəy namizəd qızın üzərindən bir məbləğ müəyyən edib təqdim edir, qızın atası isə bazarlıq edirdi.

Bosniya və Hersoqovani
Bəy namizəd qızın evinə dəvət edilərək ailənin böyükləri tərəfindən evlilik haqqında sorğu-suala tutular. Qızın ailəsindəki böyüklər bir qəraragəldikdən sonra bəyə qəhvə təqdim edilir. Əgər qəhvə duzluvə turşdursa, o rədd edilmiş, şirindirsə uyğun görülmüş anlamına gəlir.

Pakistan
Bəy namizəd qızın ailə böyükləri tərəfindən bir sınaqdan keçirilir. Bəyə ağlınıza gəlməyəcək təhqirlər edilir. Əgər o, bu təhqirlərə dözə və soyuqqanlı davrana bilirsə, imtahandan yaxşı çıxmış sayılır.

Quam
Quamda bakirələrin ərə getməsi qadağandır. Bunun üçün qızlar evlənməzdən qabaq bəkarətini pul qarşılığında bu işi həyata keçirən şəxslərə pozdururlar.

Mavritaniya
Evlənməzdən qabaq qızların çəkisi ən azı 100 kilo olmalıdır.Ona görə də bəyin ailəsi tərəfindən gəlinə daima yeməkyedizdirilir. Əgər yemək istəməsə, gəlin cəzalandırılır.KolumbiyaGəlinin anası gərdəyə girən cütlüyün yatağının kənarına oturaraq ilk cinsi əlaqəyə şahidlik edir.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 316
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri