İnsanı evlilikdən soyudan İYRƏNC ADƏTLƏR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 883
Paylaş:
Səs ver:
(səs: 0)
Dünyanın bir çox ölkələrində evliliklə bağlı müxtəlif adət-ənənələr mövcuddur. Bununla yanaşı, onlar arasında elə adətlər var ki, insanı evlilikdən soyudur. Gözün gördüyü, qulağın eşitdiyi adətlərdən tamamilə fərqlənən bir neçə məqamı sizin diqqətinizə çatdırırıq.

Hindistan-Ölkələrə görə evlənmədən evlənən toy ənənələri
Hindistanda evlilik prosesində gəlin və bəy müqəddəs ocağın başına fırlanır ki, ömür boyu bir yastığa baş qoysunlar. Heç vaxt ayrılmasınlar. Müqəddəs odun ətrafında 4 dəfə fırlandıqdan sonra bəy və gəlin ocaq ətrafında birinci əyləşmək üçün mübarizə aparır. Adətə görə, ilk kim otursa, ömür boyu həmin ailədə o şəxsin sözü kəsərli olacaq.

Mavritaniya-Ölkələrə görə evlənmədən evlənən toy ənənələri
Burada qızların çəkisi 100 kq olmadığı müddətcə evlənmələrinə icazə verilmir. Evlilik üçün namizəd seçildikdən sonra oğlan evi qız evinə bazarlıq edir. Oğlanın anası, xalaları, bibiləri, bacıları daim gəlin namizədinin qidalanmasına diqqət edir. Gəlin namizədi 100 kq olduqdan sonra isə toy olur. Gəlin yeməkdən imtina edərsə, ata evi onu müxtəlif üsullarla cəzalandırır.

Vikinqlər-Ölkələrə görə evlənmədən evlənən toy ənənələri
Vikinqlərdə evlilik qumara bənzəyir. Burada oğlan evi ilə qız evi gəlin namizədin üzərindən pul qazanır. Əvvəl qızın atası öz qızına qiymət biçir, daha sonra isə oğlan evi bu qiymət üzərində yavaş-yavaş məbləği qaldırır. Hərrac isə qızın anasının dur dediyi məbləğdə bitir.

Kolumbiya-Ölkələrə görə evlənmədən evlənən toy ənənələriKolumbiyada toy günü qız anası ilk gecəyə şahidlik edir. Buna etiraz edildiyi zaman evlilik baş tuta bilməz.

Bosniya və Herseqovina-Ölkələrə görə evlənmədən evlənən toy ənənələriBurada isə evlilik adətləri bir növ Türkiyədəki adətlərə bənzəyir. Belə ki, əvvəl bəy namizədi qız evinə dəvət edilir. Qızın atası və qardaşları ilə söhbət edir. Onlar razılıq verdikdən sonra oğlan ailəsi ilə qızı istəməyə gəlir. Bu zaman isə qız evi bəy haqqında müxtəlif suallar verib öz ailəsindən cavab alır. Sonda isə əgər qızı verirlərsə, gəlin namizədi bəy namizədinə duzlu və turş qəhvə bişirir. Oğlan isə bunu sona qədər içməlidir.

Pakistan-Ölkələrə görə evlənmədən evlənən toy ənənələriPakistanda evlilik söyüş və təhqirlə başlayır. Belə ki, qız evi bəy namizədini ağlagəlməz sözlərlə təhqir və tənqid edir. Ailəsinə və özünə qarşı səsləndirilən təhqirlərə cavab vermədiyi halda imtahandan çıxmış sayılır. Əgər cavab verərsə, qız evi onu rədd edir.

Şimali Koreya-Ölkələrə görə evlənmədən evlənən toy ənənələriQaz və ördək Şimali Koreyada evlilik prosesinin mühüm simvollarındandır. Qədimdə burada evliliyə hazırlaşan oğlanlar atın arxasına ördək və ya qaz bağlayıb qız evinə gedərdilər. İndi isə o adət qalsa da, canlı yox, taxta ördəkdən simvolik şəkildə istifadə edilir. Evlənəcək cütlüklərin evinə taxtadan hazırlanmış ördək qoyulur.

Quam-Ölkələrə görə evlənmədən evlənən toy ənənələriQuamda bakirə qızların evlənməsinə icazə verilmir. Burada qızlar evlənmək üçün əvvəlcədən bakirəliklərini müəyyən pul qarşılığında satırlar. Həmin pulla da məclis qurulur.

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 883
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Onun_Mələyi
Nə deyim vallah..çox qəribə oldum bəzilərinə))doğrudanda evliliyə olan həvəsi öldürür bunlarihi.
Birdə gəlinin söyüş söyüb,təhqir edərkən Pakistanlı oğlanın üz ifadəsini görmək istərdimihi.
aralarında əvcəl oxuduqlarımda vardı.
Təşəkkürlər ürəyim08.
12 iyul 2018 04:52
7

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart
Offline
vipbetul
cox qeribe adetler var

cox qeribe adetler var
11 iyul 2018 23:35
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 iyul 2018 21:22
5
Seni cooxx sevirem heartEsgerimheart
Offline
Yağmur
Maraqlı melumatcün teşekkürler
11 iyul 2018 21:01
4
Olduğun yeri cennete cevirmedinse her qacdığın yer sene cehennemdi
Offline
Cema_Axodova
Her biri qeribe idi.en qeribesi Kolubiyada idi.ana nece qizinin birinci gecesine baxa biler ayibdi axi.wukur bizde ele qeribe adet yoxdu.ama bizde hefte hamami var.gerek qizin uz agina qiz evi oglan evi baxa.
11 iyul 2018 21:01
3
p.s
Offline
Yağmur
Maviratiyada qız 100kq olmalıdı Başa düşmedim bunlar evlerine gelin aparır ya axrannik zad? 122

Bezileri de heqiqqeten iyrencdi Bizlere şükür:-)
11 iyul 2018 21:01
2
Olduğun yeri cennete cevirmedinse her qacdığın yer sene cehennemdi
Offline
BARBI
Heqiqeten bezileri inanilmazdir.Bele yerlerde insan hec evlenmez
11 iyul 2018 20:55
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri