Maraqlı toy adətləri

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 219
Paylaş:
Səs ver:
(səs: 0)
Toy mövsümü çoxdan başlayıb. Limuzini, geniş toy salonları, müğənniləri, dürlü-dürlü adətləri ilə 21-ci əsr Azərbaycan toylarından isə əksəriyyətimiz narazıyıq. “ Niyə bizdə hər şey bu qədər dəbdəbəlidir”dən tutmuş, “toy adətlərimiz dəhşət yorucudur”a qədər. Çoxumuza elə gəlir ki, toy adına keçirilən bu tamaşa insanı evlilikdən, sevib-seçdiyi insandan soyudur, uzaqlaşdırır.
Şeytanın detallarda gizlənməsi aksiomasını da xatırlasaq, toy öncəsi bəzi adət-ənənə detallarına görə ailələr, gənclər arasında ciddi problemlər yaranır, araya soyuqluq girir. Və sonda bilən də, bilməyən də xarici toy adətlərini ağızdolusu tərifləməyə üstünlük verir. “Heyf deyil xaricilərin toyları” deyə başlayan söhbətləri azmı etmişik və ya eşitmişik? Ümumi stereotiplərə görə, əcnəbilər toy etmək üçün heç bir əziyyətə qatlaşmırlar. Bir-birini sevir, uzun aylar bir evdə yaşayır, sonra da günlərin bir günü rahibin qarşısında “yaxşı və pis gündə, xəstəlikdə, sağlamlıqda birgə olacağıq” deyə and içərək, bir yastığa baş qoyurlar.
Amma mənzərə göründüyü qədər sadə deyil. Apardığımız araşdırma zamanı məlum oldu ki, dünyada nə qədər çox xalq varsa, bir o qədər də əcaib-qəraib toy adətləri var. Və inanın ki, onlara baxanda biz çox-çox şükürlü sayılırıq.
Başlayaq bizə ən uzaq ölkədən - Afrikadan. Toyda bəylə gəlin bir süpürgənin üzərindən hoppanır. Bu ənənə kölələrin evlənməsinin yasaq olduğu dövrlərdən bəri hakimdir. Ayin gəlinlə bəyin keçmişə aid bütün pis xatirələri süpürməsinə işarədir.
Çexiyada isə bəyin yaxın dostları gəlini qaçıraraq bir yerdə gizlədirlər. Bəyin gəlini tapması onu həmişə qoruyacağı mənasına gəlir. Toyun sonunda gəlinin duvağı və bəyin ayaqqabıları qonaqlar arasında gəzdirilir. Sonuncular da cütlüyün bal ayı səfəri üçün ayaqqabı və duvağın içinə pul qoyurlar. Bir növ bizdəki nəmər yazdırma burda ayaqqabı gəzdirmə formasında davam etdirilir.
O bəyənmədiyimiz, “quru və soyuq” adlandırdığımız almanlar var ha. Onların toylarında da ilginc olaylar baş verir. Qonaqlar toyda cütlüyün üstünə düyü səpir ki, bu da bərəkəti xarakterizə edir. Gəlinin saçında qalan düyü dənələrinin sayı onların gələcəkdə neçə övladının olacağını göstərir. Bundan başqa, toyda gəlinin rəfiqələri hansı yolla olur-olsun, onun ayaqqabısını oğurlamağa və onun altına ilginc nəsə yazmağa cəhd göstərirlər. Kilsə mərasimindən sonra isə bəylə gəlin birgə kötük kəsirlər ki, bu da gələcəkdə yaşayacaqları çətinliklərə necə sinə gərəcəklərini simvolizə edir.
Siz hələ Şotlandiya adətlərinə nəzər salın. Sözügedən ölkədə gəlin toydan bir gün əvvəl küçəyə çıxarılaraq çirkləndirilir. Yumurtayla tomat pastası kimi maddələr bir-birinə qarışdırılaraq, gəlinin üstünə yaxılır. Amma oğlan evi bununla da sakitləşmir. Gəlini bu görkəmdə bütün şəhər boyu gəzdirirlər ki, hamı görsün. Gecə isə ailə böyükləri gəlinin ayaqlarını yuyurlar. Bu ənənə cütlüyün arzuolunan təmizliyini, xoşbəxtlik yolunda birgə addımlamalarını simvolizə edir.
Bizə nisbətən yaxın olan Türkmənistana keçək indi. Türkmənlərin toyu düz üç gün davam edir. Toyun bəzəyi olan gəlinə isə oğlan evi ən azı özü ağırlığında zinət əşyası hədiyyə etməlidir.
Çində bəyin ailəsi astroloqa müraciət edərək evlənməyə hazırlaşan cütlük haqqında rəy istəyir. Əgər oğlan evi astroloqun hazırladığı rəyi bəyənərsə, oğlanlarının doğum tarixi və saatını qızın ailəsinə göndərərək, onlara da uyğun bildikləri astroloqa getməyi məsləhət görər. Astroloqlar hər iki növcavana “xeyir-dua” verərsə, ailələr toy hazırlıqlarına başlayırlar. Amma bürc çılğınlığı bununla da bitmir. Toyda qırmızı ayaqqabı və qırmızı duvaq geyən gəlini də ancaq onunla eyni bürcdən olan şəxslər müşayiət edir.
Ədaları ilə dünyaya meydan oxuyan fransız gəlinləri var ha, əcaib toy adətləri onlardan da yan keçməyib. Məsələn, bizdə toy günü bəy hamamı olan kimi onlarda da dəm-dəstgahlı bir gəlin hamamı mərasimi var. Qədim fransa adətlərinə görə, ancaq bu yolla gəlin keçmiş sevgililəri və eşq macəralarını unuda bilər.
Bundan başqa, Fransada toy günü bəy öz gəlinini evdən götürür və kilsəyə piyada gedirlər. Kilsəyə gedən yolda isə kiçik uşaqlar onların qabağını kəsərək əllərindəki lentləri kəsmələrini istəyirlər.
Daha bir ilginc toy adəti isə Hindistanda hakimdir. Bəlkə də hind filmlərində görmüsünüz. Toy günü bəy qayınanası tərəfindən qarşılanır və elə onun tərəfindən də ayaqları yuyulur. Ardınca süd və bala qonaq edilir. Mərasim zamanı isə bəylə gəlin müqəddəs atəşin ətrafında 4 dəfə fırlanır və daha sonra stollarına tərəf qaçmağa başlayırlar. Qədim inanclara görə, kim birinci oturursa, evdə də onun sözü keçəcək.
Bosniyada isə qız evinə elçiliyə gələn oğlan ailə böyükləri ilə bu izdivac barədə mübahisəyə girişir. Hörmət çərçivəsini aşmayıbsa, sonda “hə” cavabı olaraq ona şirin qəhvə təqdim olunur. Əks halda acı qəhvəsini içərək evi tərk edir.
Kosovoda isə adət-ənənəyə görə, qədim gəlin paltarı geydirilən gəlinin üzü ağ boyalarla boyanır, üstünə isə keçmişə aid naxışlar vurulur. Bu, toy mərasiminin düşərli olması üçün hesablanıb. Amma həmin gün tanış və yad adamların gəlini tanıması qeyri-mümkün olur. Üzü ağ boyalı və naxışlı gəlin çoxlarının gülüş hədəfinə çevrilir.
Cənubi Koreyada isə bəylərin günü lap ağlamalıdır. Hələ lap qədim zamanlarda onlar qız evinə ağ atda, bellərində isə qaz daşıyaraq gedərdilər. İndi isə diri qazın əvəzinə simvolik olaraq taxta qaz aparırlar. Bundan başqa, toydan sonra ailə böyükləri cütlüyün evinə bir cüt taxta ördək yerləşdirir. Ördəklər düz dayanırsa, bu yeni ər-arvadın yaxşı yola getdiyini, əyri dayanırsa, yola getmədiyini göstərir.
Pakistanda isə evlənmək istəyən oğlanı daha böyük təhlükələr gözləyir. Qız evinin ağsaqqalları bəy namizədini imtahandan keçirməyə qərar verir. Bu imtahan isə ailə böyüklərinin oğlana ağla gələ biləcək və bilməyəcək bütün təhqir və söyüşləri ünvanlamasıdır. Oğlan bütün bunları soyuqqanlılıqla qəbul edə bilirsə, sevdiyi qızla evlənməyə də haqq qazanır. Pakistanlılar bununla oğlanın böyük-kiçiyə sayğısını, habelə baş verə biləcək hansısa insidentdə səbirli olub-olmadığını yoxlayırlar.
Mavritaniya İslam Cümhuriyyətində isə evlənmə yaşına gələn qızların ən azı 60, ən çoxu isə 100 kilo olması lazımdır. Yemək yeməyən qızlar cəzalandırılır. Ona görə də ərə getmək istəyən qız mütləq ya pəhriz saxlamalı, ya da bol-bol yemək yeməlidir.
Cənubi Koreyada qızlar 25, oğlanlar isə 27 yaşına çatmadan evlənə bilməz. Bu ölkədə əsgərliyə getməmiş oğlanın evlənməsi qanunla yasaqlanıb.
İsveç toylarında isə qonaqlar gəlinlə bəyi öpmək üçün rəsmən yarışa girərlər. Əgər toyda gəlin ayaqyoluna gedərsə, bütün qadın qonaqlar bəyi, bəy ayaqyoluna gedərsə kişi qonaqlar gəlini öpməkdən ötrü növbəyə düzülərlər.
Polşa toylarında gəlinlər pul qarşılığında oynayırlar. Və son dayanacağımız Hollandiyadır. Bu ölkədə əgər gəlinin atası oğlanı bəyənmirsə, gəlinə cehiz verilmir. Gəlinin ən yaxın dostu ona lazım olan əşyaları məcburən almalıdır. Toyda bəylə gəlinin masasının yanına bir ağac yerləşdirilir və qonaqlar öz arzularını yazaraq, ağacın budaqlarından asırlar.
Sonda.... Adama hər şey zarafat kimi gəlir, elə deyil? Bəyi təhqir edən qız evi adamları, gəlini çirkləndirib küçə-küçə gəzdirən oğlan evi, bəyin ayağını yuyan qayınana, astroloqun icazəsi olmadan gerçəkləşməyən evlilik... Amma bütün bunlar həqiqət olaraq okeanın o tay-bu tayında yaşanır. Və girişdə də dediyimiz kimi, onlara baxanda bizim toy adətlərimiz daha sivil və dözüləndir. Harada yaşamasından asılı olmayaraq, insanlar öz adətlərini - xüsusən də bu, toyla bağlıdırsa - yaşadır və əsrdən-əsrə ötürürlər. Odur ki, şikayətlənməyə dəyməz. Təki həmişə toy olsun. Adətləri icra etmək asandır.

Müəllif:
Sevinc TELMANQIZI

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 219
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli adetlerdir
16 oktyabr 2018 09:41
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cema_Axodova
Maraqli adetler var onlara baxanda bize wukur
16 oktyabr 2018 00:13
3
p.s
Offline
CANAN
Allah agil versinn
15 oktyabr 2018 22:43
2
canan qizim sirin seker qizim.
Offline
BARBI
Sotlandiya adeti maraqlidir.Gelini ne gune qoyurlar 122
15 oktyabr 2018 21:57
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri