Toy-nişan xonçaları və toy adətləri

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 5 392
Səs ver:
(səs: 1)
Azərbaycan xalqının ümumi toy adətləri Türk boylarının toy adətləri ilə eynilik təşkil edir. Ölkəmizdə toy adətləri əsirlər boyu bölgə-bölgə inkişaf etmiş, sonradan vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Bu sistemdə qız bəyənmə, elçilik, həri, nişan, xınayaxdı, toy və s.daxildir.

Azərbaycan xalının toy adət-ənənələri qonşu ölkələrin də adətlərinə təsir etmiş,eyni zmanda bu ölkələrdən də müyyən adət ənənələr götürmüşdür. Çünki tarixən qonşulara qız verib, qız almışıq.

Toy adətlərimizə müasir dövrümüzün təsiri çox güclü hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy və gəlin üçün xonçaar, şirniyyatlar, toy dekorasiyaları, toy tədbirlərinin təşkili, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir.

Toy adətlərinin hər birini icra edərkən oğlan evi qız evinə həmişə əli dolu gedir. Bu zaman müxtəlif xonçalar – şokolad xonçaları, meyvə səbətləri (meyvə xonçaları), şəkərbura xonçası, paxlava xonçası, badambura xonçası, müxtəlif şirniyyatlar üçün xonça, paltar xonçası, qayçı üzük (üzük xonçası və ya qayçı səbəti) xonçası, qənd xonçası, kosmetika xonçası (kosmetika səbəti), bəy xonçası (bəy səbəti) və digər səbət – xonçalar olur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri