Çillə gecəsi

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 655
Səs ver:
(səs: 0)
Çillə gecəsi (Yəlda gecəsi) (fars: شب چله - shab-e chelle - شب یلدا) — Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, şəmsi ilinin, dey ayın başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir.

40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ilk günüdür. Sonra 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir.

Milad tarixi ilə dekabrın 20-dən 21-nə keçən gecədir.

Bu gecə əsasən, İran, Azərbaycan, Türkiyədə qeyd edilir.

Çillə gecəsindən sonra, yer kürəsinin şimal bölgələrində görünən günəş, ən aşağı vəziyyətə çatandan sonra, ufuqda üç gün hərəkətsiz qalır və dördüncü gün yuxarı qalxır. Bu hadisə 25 dekabr günü, yəni çillə gecəsindən dörd gün sonraya təsadüf edir. Həmin gün, yəni 25 dekabr günü günəş tanrılarının bir çoxunun doğum günüsüdür və həmdə qədim roma təqviminin başlanqıc günü kimi qeyd olunmuşdur. Qədim roma təqvimi miladdan öncə 753cü ildə Rem və Romul tərəfindən icad olunmuşdur, Yuli Sezar tərəfindən dəyişdirilmişdir, Bu təqvim hər 128 ildə bir gün geri qalırdı. Beləki 1582ci ildə, Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günü yəni Novruz bayramı günü, 11 mart gününə təsadüf etmişdir. Sonda 4 oktyabr 1582 günü papa XIII Qriqorinin göstərişi ilə 11 gün irəli çəkirərək düzəliş olmuşdur.

Hazırda Yuli təqvimi 14 gün geri qalmışdır və bir çox yerlərdə köhnə yeni il bayramını 14 yanvar günündə qeyd edirlər.

Bu təqvim, ilk yaranan tarixindən 1582ci ilədək dəqiq olmaması səbəbi ilə, hazırki miladi təqvimin ilk günü, çillə gecəsinin dörd gün sonrasına təsadüf etmir.

1- Misirdə 3000 il e.ə "Horus", 2- Pars ərazilərində 1200 il e.ə "Mitra" 3- Qədim anadoluda (Frigya-da) 1200 il e.ə "Attis", 4- Hindistanda 900 il e.ə "Krişna", 5- Yunanistanda 500 il e.ə Dionysus, 6- Roma imperiyasında miladın 1ci ilində Jesus (İsa) və bir çox tanrıların 25 dekabrda doğulması, günəşin çillə gecəsindən dörd gün sonraki yuxarı qalxması ilə əlaqədardır və gündüz vaxtının uzanması, baharın gəlməsini və günəşin yenidən dirilməsinin əlaməti olaraq Milad bayramı olaraq hesablanmışdır.

Çillə gecəsi bayramın ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qədim inanclara görə, həmin gecə xeyir qüvvəsi (Axura Mazda) şər qüvvəsi (Əhrimən) ilə kəskin mübarizə aparmışdır.

Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Xoy, Şəbistər, Marağa, Naxçıvan, Şəki, Gəncə və digər şəhərlər və çoxlu sayda Azərbaycan kəndləri bu gecəni qeyd edirlər.

İranda azərbaycanlı, fars, kürd, lur, bəluc, ərəb və türkmənlər bu gecəni xüsusi şövq ilə qeyd edirlər.

Bu gecədə qar yağması çoxlu sevincə səbəb olur. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yiğışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər.

Bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir.

Qoz (cəviz) halvası, kök (həvic) halvası, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar bu gecə süfrədə olmalıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 655
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri