Nişan üzüyü niyə taxılır?

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 4 697
Səs ver:
(səs: 0)
Nişan üzüyü iki müxtəlif cinsli insanın evlilikdən öncə münasibətlərini rəsmiləşdirmək məqsədilə taxdıqları zinət əşyasıdır.

İnsanların nişanda və evlilikdə üzük taxması adət-ənənəsi qədim misirlilərə məxsusdur. Miladdan 2800 il öncə Misirdə yaşayanlar başlanğıc və son nöqtəsi olmadığına görə halqa şəkilli cisimlərin sonsuzluğu təmsil etdiyinə inanıblar. Üzük də belə əşyalardan idi və onu barmağa taxmaq evliliyin sonsuzadək davam edəcəyi mənasına gəlirdi. Daha sonra bu inanc romalılar vasitəsilə ətraf ölkələrə də yayıldı və kütləvi hal almağa başladı.

Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdiriblər. Elə indi də şərq ölkələrində nişan üzüyünü sol ələ taxırlar. Avropanın əksər ölkələrində isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxılır. Nişan üzüyünün sol əlin, ikinci barmağına taxılması da bilavasitə inanclarla bağlıdır. Qədimdə insanların şah damarının məhz bu barmaqdan başlayıb ürəyə kimi getdiyinə inanıblar. Bununla da bu barmağa taxılan üzüklər cütlüyün bir-birinə ürəkdən bağlandığını göstərirmiş.

İndi damarların hardan başlayıb harda bitdiyi bilinsə də bu adət dəyişilməyib.

Hindistanda nişan əlaməti olaraq böyük barmaq da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır. Qəribə olsa da, Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanırlar və hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu xüsusiyyətini itirir.

Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlayıblar.

Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil, yalnız irsi olaraq verilən üzük istisnadır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 697
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri