Hərəkətləri ilə kişilərin ağlını başından alan KƏNİZLƏR, KURTİZAN QADINLAR... - Maraqlı FAKTLAR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 843
Səs ver:
(səs: 0)
Zəngin aristokratlarla digər zadəgan zümrəsi nümayəndələrinin gözəl və cazibədar qızlarla vaxt keçirmək ənənəsi qədim zamanlardan gəlir.

İstər Qərb olsun, istərsə də Şərq – o qədər də böyük fərq olmayıb. Lakin Avropada onlara kurtizan qızlar, Çində çansan, hərəmlərdə isə kəniz və ya cariyə deyilirdi.

Çansan

Aləmə nəzər saldıqda, avropalı kurtizan xanımların “peşə həmkarı” olan qadınlara çansan deyilirdi. Onların vəzifələri kişiləri mahnı, rəqs və maraqlı söhbətləri ilə əyləndirməkdən ibarət idi. Bu sənətə çansanlar uşaqlıqdan öyrədilirdi.

Kişilərlə cinsi əlaqəyə girib-girməmək qərarını onlar özləri verirdi. Əksər hallarda çansanlar zəngin subay kişilərin məşuqələri olurdu. Qızların öz havadarları ilə ailə qurduqları hallara da tez-tez rast gəlinirdi.

Kəniz

Kəniz sultan hərəmində saxlanılan qadınlara deyilib. Hamısının ağalarının yatağına düşmək arzusunda olduğuna baxmayaraq, əksəriyyəti üçün bu, əlçatmaz bir xəyal idi.

Bəxti gətirməyənlər hərəmdə qulluqçu olurdu. Onlar sultanın bütün əmrlərini yerinə yetirirdilər. Bundan əlavə, kənizlər rəqs etməyə, mahnı oxumağa, şeir söyləməyə, əl işlərinə öyrədilirdi, çünki istənilən anda ağaları onları öz qəbuluna çağırtdıra bilərdi.

Kurtizan qadın

Avropada kurtizan qadınların çiçəklənmə dövrü XVIII əsrin sonlarına – XIX əsrin ortalarına təsadüf etmişdi. “Alatoran xanımları” iki kateqoriyaya bölünürdü: ədəbsiz və dürüst kurtizanlar. Birincilər küçə fahişələri ilə müqayisə edildiyi halda, ikincilər onlardan bir neçə pillə yuxarıda yer alırdı. Belə xanımlara, zəngin aristokratların onlarla vaxt keçirərkən sıxılmamaması və özlərini rahat hiss etmələri üçün musiqi, rəqs, nəzakətli davranış qaydaları, düzgün tələffüz üzrə xüsusi təlim keçirilirdi.

Yaşı daha az və daha hiyləgər olan kurtizan qadınların havadarlarını ələ keçirmək şansı daha çox olurdu. Hətta kralların kurtizan qadınlara görə taxt-tacdan imtina etdiyi hallar da olub.

Pilegeş

Yəhudi ənənəsində kişinin həyat yoldaşının uşaq dünyaya gətirmək qabiliyyətinə malik olmadığı hallarda, pilegeş ev sahibləri ilə bir evdə yaşayan kənizlərə deyilirdi. Uşaq dünyaya gətirdiyi halda belə, pilegeş yenə də o evdə kölə yox, qulluqçu statusunda yaşamağa davam edirdi.

Bənzər hal hətta Bibliya mətnlərində də qeyd olunub. Məsələn, Sara ilə İbrahimin personajı. Sara dünyaya uşaq gətirə bilmədiyi üçün, könüllü olaraq qulluqçusu Hacəri həyat yoldaşının yanına göndərmişdi ki, Hacər onun üçün oğul doğsun

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 843
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli melumatdir

maraqli melumatdir
23 iyun 2019 15:56
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Maraqli oldu tesrkkur

Maraqli oldu tesrkkur

Maraqli oldu tesrkkur

Maraqli oldu tesrkkur

Maraqli oldu tesrkkur

Maraqli oldu tesrkkur
23 iyun 2019 13:17
3
Perfect
Offline
BARBI
Yazilarda gordumki qadinlara kole kimi baxirlar.Cox pisdir.Bu reftari beyenmedm
23 iyun 2019 00:44
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
BakılıQız
Demeli bu yazilari oxuyub bele qerara geliremki,qadinlari her bir seyde kole edibler. Cox pis.Qadinlar ezilib. Her halda qadinlardan istifade olunub.
22 iyun 2019 23:24
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri