Muğam operalar

Müəllif: Love Angel
Şərhlər: 0
Baxılıb: 76
Səs ver:
(səs: 0)
1908-ci ildə Bakıda “Leyli və Məcnun” operası səhnəyə qoyulur. 2008 – ci ildə təntənəli şəkildə YUNESKO çərçivəsində 100 illiyi qeyd olunan bu əsəri yaratmaqla Üzeyir Hacıbəyli ənənəvi muğamla klassik musiqi arasında körpü yaratdı. Bu əsərlə nəinki Azərbaycanda, hətta bütün Yaxın Şərqdə opera janrının bünövrəsi qoyuldu. “Leyli və Məcnun” operasının yaranması ilə ölməz sənətkarımız dünya klassikasının tərəqqipərvər nailiyyyətlərini böyük ustalıqla milli irs və muğam köklərilə üzvü surətdə əlaqələndirdi və onun əsasında yeni professional musiqi üslubu yaratdı. Bu əsərin tamaşaya qoyulması musiqi teatrının yaranmasına səbəb olmuş, Azərbaycanda bəstəkarlıq sənətinin bünövrəsi qoyulmuşdur.

Əsərin süjetini XVI əsrin dahi şairi M.Füzulinin eyniadlı poeması təşkil edir, musiqi dili muğamlara dayaqlanır. Bəstəkar özü qeyd edirdi ki, “Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarang muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi”.

Döğrudan da, bu əsərdə musiqi folklorundan, muğam dəstgahlarından, təsnif və mahnılardan, rənglərdən böyük ustalıqla istifadə olunmuşdur.

Qeyd etmək lazımdır ki, o dövrdə qadınlar səhnədə çıxış etmirdi. Qadın rolunu kişilər ifa edirdi. Bu səbəbdən Leyli rolu da kişi aktyora həvalə edilmişdi. Leyli rolunda ilk dəfə çayçı şagirdi Ə.Fərəcov, sonralar isə Ə.Ağdamski, Məcnun rolunda isə ölməz aktyorumuz H.Q.Sarabski çıxış edirdi. Ü.Hacıbəyli ilk tamaşada orkestrin tərkibində skripkada çalırdı. Opera bütün təşkilatı çətinliklərə baxmayaraq böyük müvəffəqiyyət qazanır. Ü.Hacıbəylinin müəllifi olduğu digər - “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşid Banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operalarının səhnəyə qoyulması muğam ifaçılığı sənətinin hüdudlarını genişləndirmiş, xanəndələrin opera səhnəsinə çıxmasına təkan vermişdir. Bu operalar Azərbaycan musiqi mədəniyyətində yeni cığır açmışdır.

Üzeyir Hacıbəylinin yaradıcılıq təcrübəsindən bəhrələnən digər bəstəkarlar da muğam operaları yaratmışlar. Z.Hacıbəyovun “Aşıq Qərib” (1916), M.Maqomayevin “Şah İsmayıl” (1916) operaları bu janrın maraqlı nümunələridir. Bu ənənə XX əsrin II yarısında da bəstəkarlar tərəfindən davam etdirilmişdir. Ş.Axundovanın “Gəlin qayası”, C.Cahangirovun “Xanəndənin taleyi” operaları bu qəbildəndir. R.Mustafayevin “Vaqif”, V.Adıgözəlovun “Natəvan” operalarında dövrün görkəmli xanəndələrinin obrazlarını canlandırmaq üçün əsərin musiqi məzmununda muğamlardan istifadə edilmişdir.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 76
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri