Simfonik muğamlar

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 378
Səs ver:
(səs: 0)
Simfonik muğam janrı 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. Lakin janrın əsası Ü.Hacıbəylinin ilk muğam operalarında qoyulmuşdur. Bu operalarda muğam ilk dәfә olaraq Avropa opera janrı ilә birlәşdirilmişdi. “Leyli vә Mәcnun” operasında Heyratı (Nofәlin partiyası) vә Arazbarı zәrbi muğamlarından istifadә buna misaldır. Ü.Hacıbəylinin “Aşıqsayağı” kamera-instrumental әsәri dә muğam-improvizasiya üslubunda yazılmışdır. Ü.Hacıbəylinin, M.Maqomayevin öz әsәrlәrindә simfonizmi fәal surәtdә Azərbaycan musiqisinә gәtirmәlәri, һәmçinin simfonik janrda yazan yeni bәstәkar nәslinin (Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbәyov vә b.) yetişmәsi simfonik muğamın yaranmasına rәvac verdi.

Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan, tədrici ardıcıllıqla yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur. Dünya simfonik ədəbiyyatında yeni orijinal janrın yaranması uzun müddətli hazırlıq işinin bəhrəsidir. Bu ideyanı F.Əmirova görkəmli sənətkarımız BülmBül vermiş, ideyanı həyata keçirməyə isə ona Q.Primov, S.Şuşinski və bilavasitə C.Qaryağdıoğlu kömək etmişlər (muğamları C.Qaryağdıoğlu oxumuşdur). Bütün təsnif və rənglərin əsasını əsl xalq mahnıları təşkil edir.

Bəstəkar “Şur” və “Kürd - ovşarı” simfonik muğamlarında ilkin mənbəyə istinad edərək, bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcılıq təxəyyülü ilə zənginləşdirmiş, orkestr boyalarının əlvanlığına nail olmuşsa (hər iki əsər 1949-cu ildə Dövlət mükafatına layiq görülüb), “Gülüstan – bayatı – şiraz” (1971) simfonik muğamını yeni tərzdə qələmə almışdır. Burada xalq muğamları Avropa musiqi formaları ilə uzlaşdırılır, muğam şöbələrinin kontrast ardıcıllıq prinsipi saxlanılır, muğamın melodiyası kiçik lövhələrlə şərh edilərək, sərbəst inkişaf etdirilir.

Bir çox Azərbaycan bəstəkarları da bu janra müraciət etmişlər. Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, T.Bakıxanov “Humayun”, “Nəva”, “Rahab”, Vasif Adıgözəlov “Segah”, Eldar Mansurov “Mahur Hindi” və s. simfonik muğamlarını yaratmışlar
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 378
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri